reklam
Regionxeberlericom.az » Cəmiyyət » Azərbaycanda daha bir dərmanın istifadəsi qadağan olunub

reklam

Azərbaycanda daha bir dərmanın istifadəsi qadağan olunub

















Azərbaycanda daha bir dərmanın istifadəsi qadağan edilib.

Bu barədə "Report"a Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, “Sanofi” şirkətinin davam edən tədqiqatlarına əsasən “Lozap®” ticari adlı losartan potassium - 50 mg tərkibli örtüklü tabletlər №30 (3x10) blisterdə, karton qutu qablaşdırmada, 2660720 seriyalı, son istifadə tarixi 1/6/2022 olan və 2130221 seriyalı, son istifadə tarixi 1/1/2023 olan dərman vasitələrinin tərkibində azid qatışıqlarının yol verilən gündəlik maksimum limitdən çox olması ehtimal edilir.

"Bu ehtimalı nəzərə alaraq, 2660720 seriya ilə buraxılmış son istifadə tarixi 1/6/2022 olan və 2130221 seriya ilə buraxılmış son istifadə tarixi 1/1/2023 olan “Lozap®” ticari adlı dərman vasitəsitələri geri çağırılması qərarı qəbul olunub və ölkəyə idxalı, topdan və pərakəndə satışı dayandırılıb"- mərkəzdən bildirilib.




Paylaş:


Müəllif : Tarix:
5-01-2022, 10:06
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər