Mədəniyyət və İncəsənət Universitetindən "mədəniyyətsiz" hərəkət – “Bu, tələbələri aşağılamaqdı" + FOTOLAR
Bu gün "facebook" sosial şəbəkəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən paylaşılan görüntü böyük ictimai narazılığa səbəb olub. Paylaşımda görünür ki, təhsil haqqını ödəyə bilməyən tələbələrin ad, soyadı və borcları çap edilərək, universitetin dəhlizindəki löhvədən asılıb. Universitetin bu addımla tələbələrin şəxsiyyətini aşağıladığı bildirilir.
Qeyd edək ki, paylaşılan siyahıda 100-dən artıq tələbənin adı qeyd olunub. Maraqlıdır ki, tələbələrin bəzilərinin borcları "0" şəklində göstərilib. Ehtimal olunur ki, siyahı hazırlanan müddətdə bəzi tələbələr təhsil haqqlarını ödəyiblər və universitet rəhbərliyi siyahını yenidən hazırlamamaq üçün onu olduğu kimi paylaşıb. Universitetə borcu olan tələbələrin əksəriyyəti 3-cü və 4-cü kursda təhsil alırlar. Tələbələrin borcları isə 450-3600 manat aralığında dəyişir.
Təhsil eksperti Kamran Əsədov "AzPolitika.info"-ya şərhində bildirib ki, hazırda Azərbaycanın 51 ali təhsil müəssisəsində 187 min tələbə təhsil alır və onların 110 minə qədəri ödənişli əsaslarla oxuyur: "Ancaq təəssüf ki, hazırda bəzi ali təhsil müəssisələri ödənişlərin alınmasıyla bağlı tələbələrə ciddi problemlər yaradırlar. Baxmayaraq ki, Təhsil Nazirliyinin Kollegiyası təhsil haqqlarının hissə-hissə ödənilməsiylə bağlı ali təhsil müəssisələrinə tövsiyyə xarakterli məktub ünvanlayıb. Lakin biz görürük ki, bir çox ali təhsil müəssisələri buna məhəl qoymur və tələbələri sıxışdırırlar".
Ekspert qeyd edib ki, Mədəniyyət və İncəsənət Universitetində bu tip informasiyanın paylaşılması qanunsuz və ciddi nöqsandır: "Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bu addımı başa düşülən deyil. Universitetdə "şəxsi toxunulmazlıq" və "müəssisənin daxili sirri olan informasiyanın yayılması" qanunlarını ciddi şəkildə pozublar. Onlar tələbələri aşağılamaq üsulundan istifadə ediblər. Qeyd edim ki, hətta dövlət orqanları belə şəxsin razılığı olmadan onun haqqında informasiya paylaşa bilməz. Hər kəsin şəxsi informasiya toxunulmazlığı hüququ var. Universitet bu hüququ ciddi şəkildə pozub. Heç bir ali təhsil müəssisəsi tələbənin təhsil borcu, ailə vəziyyəti, sosial durumu haqqında informasiyaları publik formada paylaşa bilməz. Bu qanunvericiliyin tələblərinin pozulması deməkdir. Əslində universitetin bu addımı bir daha göstərir ki, bizim bəzi ali təhsil müəssisələrimiz peşəkar şəxslər tərəfindən idarə olunmur.
Azərbaycan ali təhsil müəssisələri aldıqları təhsil haqqı müqabilində tələbələrə keyfiyyətli təhsil verə bilmirlər. Ona görə də, ali təhsil müəssisələri çalışmalıdırlar ki, tələbənin təhsil haqqlarında güzəştlər etsinlər, müəyyən gəlir mənbələri tapsınlar. Amma bizim ali təhsil müəsssilərimizin gəlirlərinin 99 faizini tələbələrin ödədikləri təhsil haqqları təşkil edir. Bu da həmin universitetlərin fəaliyyətlərinin kifayət qədər aşağı səviyyədə olduğunu göstərir".
Paylaş:
Müəllif : Fuad
Tarix:6-01-2022, 19:48
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər