reklam
Regionxeberlericom.az » Cəmiyyət » Goranboyun bir kəndi internetsiz və telefonsuz qalıb - SƏBƏB

reklam

Goranboyun bir kəndi internetsiz və telefonsuz qalıb - SƏBƏB


Goranboyda rabitə xəttinin altında ocaq qalanması nəticəsində internet və telefon xidməti kəsilib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə hadisə rayonun Boluslu kəndində baş verib. Belə ki, kənd sakinlərindən birinin rabitə kabelinin altında qaladığı ocaq xətti yandırıb və yararsız vəziyyətə salıb. Kəndin bir çox abunəçiləri üçün telefon xidməti dayandırılıb və internet kəsilib. Yaranmış vəziyyətlə bağlı Məşədi Qaralar kənd Telefon Stansiyasından bildirilib ki, hadisəni törədən şəxsin müəyyən olunması istiqamətində araşdırma gedir. Eyni zamanda rabitə xəttinin bərpası üçün iş aparılır. Qəzanın nəticələrinin tam olaraq iki gün ərzində aradan qaldırılması planlaşdırılır.


Paylaş:


Müəllif : Tarix:
27-06-2019, 14:07
Sikayət   


loading...
Загрузка...