reklam
Regionxeberlericom.az » Cəmiyyət » Qırğızıstanda Rusiyanı Qazaxıstana təcavüzdə günahlandırıblar

reklam

Qırğızıstanda Rusiyanı Qazaxıstana təcavüzdə günahlandırıblar



















Qırğızıstanda bir qrup aktivist parlament qarşısında bu ölkədə KTMT-nın sülhməramlı missiyada iştirakından imtina etməyi tələb edib.

Bu barədə yanvarın 6-da «Anadolu» agentliyi xəbər verib.

Parlament qarşısındakı aksiyada «İslahat» partiyasının lideri Klara Sooronkulova iştirak edib və deyib: «BMT Qazaxıstanda hər hansı xarici gücün işə qarışması barədə qərar qəbul etməyib. Deməli, böyük ölkənin - KTMT üzvünün (söhbət Rusiyadan gedir - Red.) məqsədi başqadır. Qazaxıstana daxil olan ölkə sabah bizim ölkəmizə girəcək. Belə siyasət bu istiqamətdə irəliləyir».

24.kq xəbər verdiyi kimi, Sooronkulova öz məqsədləri barədə danışıb: «Biz, spontan toplaşmışıq ki, etirazımızı bildirək. Deputatların fikrinə təsir göstərək. Biz, ona görə KTMT qərarının əleyhinəyik ki, təşkilatın qüvvələrindən yalnız xarici təcavüzə qarşı istifadə etmək olar. Qazaxıstanda baş verənlər isə daxili prosesdir. Biz, hesab edirik ki, Qırğızıstan və digər KTMT üzvü işə qarışmamalıdır».




Paylaş:


Müəllif : Tarix:
7-01-2022, 08:52
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər