22 il həbsdə yatmışdı, yenidən tutuldu
İsmayıllı şəhərində yerləşən mobil telefonların satıldığı mağazadan oğurluq edilib. Rayon Polis Şöbəsinə müraciət edən zərərçəkən şəxs obyektdən ümumi dəyəri 4 160 manat olan 10 ədəd mobil telefonun və 300 manata yaxın pulun oğurlandığını bildirib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş müraciətlə əlaqədar polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan cinayət hadisəsini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə bir neçə dəfə həbs olunan və ümumilikdə 22 il məhkumluq həyatı yaşayan Durar Qasımov saxlanılıb.
Saxlanılan şəxsin ətrafında davam etdirilən tədbirlərlə onun İsmayıllıda daha 2 mağazadan telefon danışıq kartları, pul,ərzaq məhsulları, eləcə də Qazax və Bakı şəhərlərində bir neçə obyektdən mobil telefonlar oğurladığı məlum olub. D.Qasımov ifadəsində törətdiyi əməlləri etiraf edib, cinayət yolu ilə əldə etdiyi mobil telefonları isə respublikanın müxtəlif şəhər və rayonlarında dəyərindən dəfələrlə ucuz qiymətə satdığını bildirib. Qeyd edək ki, telefonların bir neçəsi ondan aşkar olunaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Paylaş:
Müəllif : Fuad
Tarix:8-01-2022, 09:57
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər