reklam
Regionxeberlericom.az » Cəmiyyət » Yayılan fotoya görə dekana şiddətli töhmət verildi

reklam

Yayılan fotoya görə dekana şiddətli töhmət verildi

















Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetində tələbələrin təhsil borclarının açıq şəkildə yayılmasına görə məsuliyyət daşıyan şəxslər cəzalandırılıb.

Bu barədə “Qafqazinfo”ya universitetin mətbuat xidmətinin rəhbəri Şəhanə Müşfiq məlumat verib.

O bildirib ki, sözügedən dekanlıqdaxili sənəd vatsap qrupları vasitəsilə yayılıb:

“Dekanlığın tyutoru özbaşına olaraq imtahanöncəsi tələbələri məlumatlandırmaq məqsədilə onların ümumi vatsap qruplarına atıb. Əslində tyutor çox böyük səhv edib. Rəhbərlik onun bu addımına qarşıdır.

Həmin siyahı da məhz oradan yayılıb. Hansısa tələbənin divardan çəkib siyahını yayması məsələsi yoxdur. Çünki belə bir siyahı ümumiyyətlə divardan asılmayıb. Biz açıqlamamızda da bunu bildirmişdik. Məlumat yayılan kimi rəhbərlik operativ şəkildə həmin günün səhəri məsələni aydınlaşdırdı. Rəhbərlik tərəfindən tyutora və dekana təqdimat yazıldı və onlar şiddətli töhmətlə cəzalandırılıb”.




Paylaş:


Müəllif : Tarix:
10-01-2022, 11:18
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər