Qazaxıstanlı bloqer: “Xarici qoşunların ölkənizdə olması istənilən halda narahatlıq doğurur” - MÜSAHİBƏ
Hazırda Nur-Sultanda yaşayan qazaxıstanlı bloqer Asıl Turqayev ölkəsində baş verən son hadisələr barədə Oxu.Az-a danışıb.
“Qazaxıstanda paytaxt sakinlərinin çoxu dövlət qurumlarında işləyir və ya kvazi-dövlət sektoruna cəlb olunub. Bundan əlavə, Nur-Sultanda təhlükəsizlik məsələlərinə həmişə böyük əhəmiyyət veriblər, çünki bütün əsas strukturlar burada yerləşir. Və təbii ki, yanvar şaxtaları da hökm sürür. Nur-Sultan sərt iqlimə malikdir. Bütün bu amillər Nur-Sultanda etiraz hərəkatının inkişaf etməməsinə səbəb oldu”, - deyə o qeyd edib.
O, etirazların yatırılmasına niyə Türk Dövlətləri Təşkilatının yox, KTMT-nin cəlb edilməsinə də münasibət bildirib:
“KTMT kontingenti etirazların yatırılmasında və şəhərlərin təmizlənməsində iştirak etmir. Onlar strateji obyektlərin mühafizəsi ilə məşğuldurlar. Məsələn, Almatıda Qazaxıstanın xüsusi təyinatlı dəstələri - “Arlan”, “Berkut” və s. işləyir. Onların antiterror əməliyyatlarında təcrübəsi var.
Əvvəllər həyati təhlükə yarandıqda belə öldürmək üçün atəş açmaq icazəsi yox idi, indi belə bir göstəriş var. İlk günlərdə ordu cəlb edilməmişdi. Çoxlu sayda mülki əhalinin yaşadığı şəhərlərdə silahlı qüvvələrin fəaliyyəti çətindir. Amma indi komendant saatı elan edilib və saat 23.00-dan sonra küçəyə çıxmağın qadağan olunması ilə bağlı bildirişlər səslənir, sirenlər işə salınır. Sonra səhərə qədər işləyən xüsusi təyinatlılar gəlir. Səhər isə sakinlər evlərini tərk edərək işləri ilə məşğul ola bilərlər.
Son 2-3 gündə Almatı belə bir rejimdə yaşayır. Təbii ki, yaraqlılar qalıb, ona görə də təmizləmə davam edəcək. Saxlanmalar gündüzlər olur və bu işlə məhz Qazaxıstan xüsusi xidmət orqanları və təhlükəsizlik qüvvələri məşğuldur. Onların əvvəllər harada olması sual doğurur.
Türk Dövlətləri Təşkilatının niyə bu işə qarışmamasına gəlincə, məncə, bütün məsələ mövcud kollektiv təhlükəsizlik müqaviləsi ilə əlaqədardır. Bildirilib ki, bu, beynəlxalq təhlükədir, ona görə də KTMT cəlb olunub. Biz qazaxlılar deyə bilmərik ki, bu xəbəri xüsusi hərarətlə qarşıladıq. Bunlar müəyyən reputasiya və imic riskləridir, çünki təhlükəsizlik qüvvələrinin ölkə daxilindəki vəziyyətin öhdəsindən gəlmədiyi hissi yaranır.
İkinci məqam: xarici qoşunlar sizin ölkənizdə nə işlə məşğul olmasından asılı olmayaraq, bu, istənilən halda narahatlıq doğurur. Amma yenə deyirəm, aktiv fazada təmizləmə əməliyyatlarında yalnız Qazaxıstan qüvvələri iştirak edir.
Yeri gəlmişkən, qeyd etmək istəyirəm ki, digər bölgələrdə, xüsusən də ən qaynar bölgələrdən birində - aksiyaların başladığı Aktauda insanlar özlər təşkilatçılıq edib, təxribatlara imkan vermirdilər. Ona görə də, orada əmin-amanlıq idi və indi çadırlar da sökülüb”.
Paylaş:
Müəllif : Fuad
Tarix:10-01-2022, 11:51
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər