reklam
Regionxeberlericom.az » Cəmiyyət » Putinin avtomobili istehsal olunan zavodun azərbaycanlı baş direktoru işdən çıxdı

reklam

Putinin avtomobili istehsal olunan zavodun azərbaycanlı baş direktoru işdən çıxdı














Azərbaycanlı Adil Şirinov “Aurus”un baş direktoru vəzifəsindən gedib.

RegionXəbərləri.com APA-ya istinadla xəbər verir ki, bu barədə “Aurus” şirkəti məlumat yayıb. 

Bildirilib ki, avtomobil şirkətinin rəhbəri vəzifəsinin müvəqqəti icrası “Aurus” icraçı direktoru olan Nikolay Xodoseviçə tapşırılıb.

Şirkətdən o da bildirilib ki, Adil Şirinov öz istəyi ilə bu vəzifəni tərk edib. O, bundan sonra “UAZ” və “Sollers Ford” şirkətlərinin fəaliyyətinə diqqətini yönəldəcək: “Şirinov “Aurus”un sənayeləşdirilməsi, tam miqyaslı yerli istehsalın yaradılması və işə salınması ilə bağlı qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirib”.

Qeyd edək ki, “Aurus” zavodu Rusiya Prezidenti və hökumətinin üzvləri üçün avtomobil istehsal edir. “Aurus” limuzin, sedan, miniven və SUV təklif edən ilk rus lüks avtomobil markasıdır.




Paylaş:


Müəllif : Tarix:
10-01-2022, 20:00
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər