Azərbaycanda şəkərli diabet xəstələri üçün dərman istehsalına başlanıldı
Pirallahı Sənaye Parkının rezidenti “R-Pharm” şirkəti tərəfindən Azərbaycanda ilk dəfə olaraq şəkərli diabetin fəsadlarının profilaktikası üçün nəzərdə tutulan Diabeton® MR (qliklazid) preparatının istehsalına başlanılıb.
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, artıq şirkət tərəfindən 200 min qutu dərman istehsal edilib və paylanma üçün aidiyyəti yerlərə göndərilib.
Cari ilin I rübünün sonunadək müəssisədə daha 300 min qutu Diabeton® MR preparatının istehsalı planlaşdırılır.
Qeyd edək ki, sözügedən dərmanın istehsalı “R-Pharm” ilə Fransanın beynəlxalq əczaçılıq qrupu olan “Servier” şirkəti arasında imzalanmış tərəfdaşlıq sazişi çərçivəsində həyata keçirilir. Beşillik müqavilənin şərtlərinə əsasən, müəssisədə qeyd edilən dərman preparatının ildə təxminən 1 milyon qutu həcmində istehsalı nəzərdə tutulur.
Paylaş:
Müəllif : Fuad
Tarix:11-01-2022, 19:14
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

İşəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB