reklam
Regionxeberlericom.az » Cəmiyyət » Nərminin qətl işi haqda sensasion iddia: “Zakir Qaralov ekspertizadan əvvəl...”

reklam

Nərminin qətl işi haqda sensasion iddia: “Zakir Qaralov ekspertizadan əvvəl...”















Tovuz rayonunun Dondar Quşçu kəndində 10-yaşlı Nərmin Quliyevanın oğurlanıb öldürülməsi ilə bağlı cinayət işinin materiallarında olan daha bir ziddiyyət ortaya çıxıb. Bu barədə AzadlıqRadiosuna azyaşlının ölümündə suçlanan İlkin Süleymanovun qardaşı Adil Süleymanov məlumat verib.

Süleymanov deyir ki, qardaşının həbsindən sonra onun günahsızlığına əmin olan kənd sakinləri, qohumlar, müxtəlif instansiyalara, o cümlədən Prezident Administrasiyasına, Ombudsmana məktublar yazmışdı. O dövrdə Baş prokuror olan Zakir Qaralov da həmin qurumlara cavablarında iddia edirdi ki, İlkinin bu cinayəti törətməsi konkret faktlarla sübuta yetirilib.

Qaralov Ombudsman Səbinə Əliyevaya 22 yanvar 2020-ci il tarixli cavab məktubunda göstərib ki, Süleymanovların evindəki divar və daşın üstündən azyaşlı Nərminə aid olduğu güman edilən II qrup insan qanı tapılıb. Süleymanovun sözlərinə görə, həyətin divarında və daşın üstündə qan nümunəsiylə bağlı ekspertizanın rəyi yanvarın 27-də çıxıb, prokurorluğa isə bir ay sonra – fevralın 21-də göndərilib: 

"Zakir Qaralov isə Ombudsmana nəinki rəy gəlməmişdən, hətta məlum olmamışdan da beş gün əvvəl – yanvarın 22-də yazıb ki, II qrupdur. İki variant var: ya istintaqçılar özləri o qan nümunəsini həyətə atıb, ona görə baş prokuror əvvəldən bilirdi ki, II qrup olacaq, ya da əmin olub ki, ekspertə təzyiq edib istədiyi nəticəni alacaq. Yoxsa sehrbaz, falçı deyildilər ki, beş gün əvvəldən nəticəni biləydilər...".

Süleymanov vurğulayıb ki, ekspertiza daş parçasındakı nümunənin, ümumiyyətlə, insana aid olub-olmadığını müəyyənləşdirə bilməyib və rəydə də bunu göstərib. "Ombudsmana yazılmış bu cavab göstərir ki, cinayətin açılması görüntüsü yaratmaq məqsədilə qardaşımın azadlığını əlindən almaq üçün Zakir Qaralov öz vəzifə səlahiyyətlərindən sui-istifadə edib", – Süleymanovun sözləridir.

O deyir ki, Nərminin itkin düşməsiylə əlaqədar Dondar Quşçu kəndinə gətirilən xüsusi təlim keçmiş itlər uşağın iziylə gedərək onun yaxın qohumlarından birinin üstünə cumub. Lakin həmin şəxsin adını, hələlik, açıqlamaq istəməyib.

Süleymanov onu da bildirib ki, azyaşlı yoxa çıxandan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları kənddə yalnız Nərmingilin özlərinin və əmisigilin, eləcə də onlara qonşu olan üç-dörd evdə axtarış aparıb. Qalan evlərin heç birində axtarış aparılmayıb.


 




Paylaş:


Müəllif : Tarix:
13-01-2022, 15:44
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər