reklam
Regionxeberlericom.az » Cəmiyyət » Nura Suri: “Azərbaycanda ciddi bahalaşma var, böyük külfəti olan ailələr necə dolansın?”

reklam

Nura Suri: “Azərbaycanda ciddi bahalaşma var, böyük külfəti olan ailələr necə dolansın?”


















“Kommunal xərclər qalxıb, taxılın da qiyməti bahalaşıb. Bu sahədə ekspert deyiləm, durumun nə zaman və necə düzələcəyini də bilmirəm. Amma bu, hazırda çox ciddi problem kimi görünür”.

Bu sözləri tanınmış müğənni Nura Suri Meydan Tv-yə müsahibəsində deyib. O ölkədə orta təbəqənin çox az olduğunu və insanların yaşayış səviyyəsinin aşağı düşdüyünü deyib:

Azərbaycanda ciddi bahalaşma var. Hər dəfə getdiyim marketdən eyni məhsulları alıram. Oğlumun yediyi bir məhsul var, qiyməti 24-26 manat arasında idi. Hazırda həmin məhsulun qiyməti 31 manatı keçib. Bilmirəm, bəlkə də, həmin marketə məhsulları daha çox xaricdən gətirirlər, gömrüyə görə qiymət fərqi çoxdur. Evdə kiçik oğlumla mənəm. Heyvanları sevirəm deyə ət, toyuq da yemirəm. Böyük külfəti olan ailələr necə etsin, necə dolansın? Hər məhsulun qiyməti 50 qəpik, 1 manat qalxanda, çox böyük fərq edir. Bunun yuyucu tozu, içməli suyu var. O var, bu var. Hamısı bir-birinin üstünə gələndə ciddi qiymət fərqi yaranır. Kommunal xərclər qalxıb, taxılın da qiyməti bahalaşıb. Bu sahədə ekspert deyiləm, durumun nə zaman və necə düzələcəyini də bilmirəm. Amma bu, hazırda çox ciddi problem kimi görünür. Zaman keçdikcə, imkansız adamlara lap çətin olacaq. Demək olar ki, orta təbəqə çox azdır. Allah pensiya ilə yaşayan insanlara kömək olsun”.




Paylaş:


Müəllif : Tarix:
13-01-2022, 19:10
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər