“SÜLHMƏRAMLILARLA BAĞLI QOVLUQ TUTULUR” – “O qovluq açılacaq və...”
Prezident İlham Əliyev dünən yerli televiziyalara müsahibəsində Qarabağda yerləşdirilən Rusiya sülhməramlılarının fəaliyyəti, Laçın dəhlizi vasitəsi ilə Ermənistan-Xankəndi arasında həyata keçirilən daşımalar, Azərbaycanın situasiyaya nəzarət imkanları barədə maraqlı açıqlamalar verib.
Dövlət başçısı ötən müddətdə sülhməramlıların fəaliyyətini ümumən müsbət qiymətləndirsə də, iradlarını da səsləndirib.
Prezident rəsmi Bakıda qıcıq doğuran məsələlər sırasında ilk olaraq Xankəndinə edilən qanunsuz səfərləri misal çəkib. O bildirib ki, belə səfərlər baş verdikdə rəsmi qaydada Rusiya tərəfinə irad bildirilir. İlham Əliyev müdafiə nazirinin Rusiyalı həmkarına məktublar göndərdiyini, sülhməramlı missiya rəhbərinə irad bildirildiyini qeyd edir və Fransa prezidentliyinə namizəd Valeri Pekresin son qanunsuz səfəri ilə bağlı eyni addımın atıldığını xatırladıb.
Prezident Bakının səsləndirdiyi iradlara Rusiya tərəfinin verdiyi cavabları qeyri-ciddi sayır. "Bizə deyirlər ki, görməmişik, bilməmişik, diqqətdən kənarda olub, o, hansısa adi bir maşında gəlib və sair. Halbuki, əlbəttə, bu, inandırıcı deyil", - o vurğulayıb.
Dövlət başçsı Valeri Pekres və onu müşayiət edən şəxslərin Xankəndinə gizli gedib-qayıtmalarını, yalnız bundan sonra məlumatın açıqlanmasını Azərbaycanın görə biləcəyi tədbirlərlə əlaqələndirib: "Yəqin ehtiyatlanırdılar ki, biz Laçın dəhlizində onları dayandıracağıq. Çünki əgər xəbərimiz olsaydı ki, onlar oradadırlar, biz onları geri buraxmayacaqdıq, birmənalı şəkildə. Laçın dəhlizi bizim nəzarətimiz altındadır. Siz Şuşada olmusunuz, görmüsünüz. Biz orada istənilən maşını saxlaya bilərik və heç kim bizə heç nə deyə bilməz. Ona görə belə hallar baş verir, buna yol vermək olmaz qətiyyən və buna son qoyulmalıdır".
İlham Əliyev müsahibədə daha bir məqama aydınlıq gətirir: "Məndə olan məlumata görə, Qarabağa gələn Ermənistan nümayəndələri sülhməramlı missiyaya xarici vətəndaşların səfərləri ilə bağlı müraciətlər edirlər. Orada ya icazə verilir, ya da ki, verilmir. Ümumiyyətlə, həm giriş-çıxışda, həm Xankəndidə, həm ətraf bölgələrdə baş verən bütün hadisələrdən bizim dəqiq xəbərimiz var. Ona görə bizdən nəyisə gizlətmək, “görməmişik, bilməmişik” demək, qeyri-ciddidir".
Dövlət başçısı sülhməramlıların nəzarətində olan ərazilərə ermənilərin gətirilməsi və zorla məskunlaşma aparılmasını da qınayıb: "Biz görürük, Qarabağa, Xankəndiyə və Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan digər yerlərə gələnlərin sayı gedənlərin sayı ilə böyük fərq təşkil edir. Daha çox insan oradan gedir. Gedən maşınların 91 faiz yoxlanılmır. Oradan çıxan maşınların isə cəmi 46 faizi yoxlanılmır. Yəni, bu, nəyi göstərir? Onu göstərir ki, Rusiya sülhməramlı qüvvələri çalışırlar, giriş sərbəst olsun, çıxışda isə müəyyən problemlər olsun. Yəni, o maşını dayandırırlar, sorğu-suala tuturlar və sair. Yəni, istəyirlər ki, insanlar oradan getməsinlər. Bu isə təsadüfən ola bilməz. Bizdə olan məlumata görə, müharibə dövründə oradan çıxmış əhalinin 38 mini İkinci Qarabağ müharibəsindən sonra qayıdıb və qayıdanlardan 11 mini oranı həmişəlik tərk edib. Dəqiqləşdirilmiş məlumata görə, indi Rusiya sülhməramlılarının nəzarətində olan ərazidə 27 min insan yaşayır".
Prezidentin dediklərini "AzPolitika.info"-ya şərh edən politoloq Fərhad Məmmədov bildirib ki, Laçın dəhlizi ilə bağlı verilən statistik məlumat dəhlizlə bağlı bütün proseslərdən Azərbaycan tərəfinin məlumatlı olduğunu göstərir. Onun sözlərinə görə, Azərbaycan Prezidenti ötən ilin əvvəlindən - Xocalı soyqırımın ildönümü ilə bağlı keçirdiyi mətbuat konfransından Rusiyaya iradlarını bildirməyə başlayıb: "Bu o deməkdir ki, Azərbaycan tərəfi bölgədəki problemləri deyir və açıq şəkildə Rusiyaya nümayiş etdirir. Düşünürəm ki, 2025-ci ildə sülhməramlı missiyanın davam etməsi, yaxud dayandırılması ilə bağlı qərar qəbul edəndə ötən müddətdə baş vermiş müsbət və mənfi hallar dəyərləndiriləcək və qərar buna əsasən qəbul olunacaq. Azərbaycan tərəfinin sülhməramlıların fəaliyyəti ilə bağlı mütəmadi olaraq həm müsbət, həm də mənfi halları açıq şəkildə bildirməsi çox vacibdir. Çünki 2025-ci ildə qərar qəbul ediləndə onu havadan götürmək lazım gəlməyəcək. Sadə desək, xüsusi bir qovluq tutulub, ona həm müsbət, həm də mənfi hallar yığılır, 2025-ci ildə o qovluq açılacaq və orada toplananlara uyğun qərar qəbul olunacaq".
F.Məmmədov vurğulayır ki, həmin bölgəyə sülhməramlılarının gətirilməsi müharibənin son günlərində Azərbaycanı gözləyən təhlükələrdən qorudu: "Bu təhlükələr əsasən Qərbdən gəlirdi. Bir neçə ölkənin parlamentlərindəki qondarma rejimin tanınması ilə bağlı qərarları, hökumətlərin də bu qərarları dəstəkləməsini önləmək çox vacib idi. Eyni zamanda etnik təmizləmə kimi çirkin ittihamlardan yan keçmək də lazım idi".
Paylaş:
Müəllif : Fuad
Tarix:13-01-2022, 19:17
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər