reklam
Regionxeberlericom.az » Cəmiyyət » Koronavirusun nadir əlaməti aşkarlanıb

reklam

Koronavirusun nadir əlaməti aşkarlanıb

















Rusiyalı həkimlər koronavirusa yoluxmuş insanlarda nadir hallarda rast gəlinən simptom aşkarlayıblar.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, həkimlərin fikrincə bəzi xəstələrdə konyunktivit inkişaf edə bilər və yoluxmuş şəxsin gözləri irinli ola bilər.

İmmunoloq, tibb elmləri namizədi Nikolay Kryuçkovun sözlərinə görə, gözdə selikli qişaların zədələnməsi konyunktivit yarada bilər.

Allerqoloq-immunoloq Vladimir Bolibok isə qeyd edib ki, bəzi insanların orqanizmi koronavirusa yoluxma fonunda göz xəstəliklərinin inkişafına həssasdır.

Bolibokun sözlərinə görə, bu simptomu adi dərmanlarla müalicə etmək olar.

Daha əvvəl Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertləri bildiriblər ki, koronavirusun yeni “omikron” ştamına yoluxma əlamətləri nəfəs darlığı, yorğunluq, həmçinin ishal və ya qusma ola bilər. Bütün bu əlamətlər adətən yüksək hərarət, davamlı öskürək, qoxu və ya dadın itirilməsi və ya dəyişməsi ilə müşayiət olunur.




Paylaş:


Müəllif : Tarix:
14-01-2022, 09:16
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər