Vilayət Eyvazov şöbədə arvadını güllələyən polisə görə bu şəxsləri cəzalandırdı
Ötən ilin sentyabrın 30-da serjant İsmayıl Məmmədovun şöbədə arvadını güllələyib öldürməsinə görə rəsmi şəxslər cəzalandırılıb.
RegionXəbərləri.com "qafqazinfo"ya istinadla xəbər verir ki, arvadı Xanım Məmmədovanın şöbədə olduğu vaxt əri İ.Məmmədovu oraya çağıran Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin təhqiqatçısı, polis polkovnik-leytenantı Füzuli Qurbanovla bağlı qərar verilib.
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə F.Qurbanov daxili işlər orqanlarında xidmətdən xaric edilib.
Nazirin digər əmri ilə həmin şöbənin rəisi, polis polkovnik-leytenantı Seymur Qarayevə şiddətli töhmət verilib.
Qeyd edək ki, İsmayıl Məmmədov şöbədə uşaqları ilə birgə təhqiqatçı Füzuli Qurbanovun otağında gözləyən arvadı Xanım Məmmədovaya xidməti silahından 15 dəfə atəş açaraq qətlə yetirib.
Paylaş:
Müəllif : Fuad
Tarix:14-01-2022, 16:44
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər