“RUSİYA BANDİTLƏR ÖLKƏSİNƏ ÇEVRİLİB” - "Bir polkovnikin evindən 9 milyard pul tapılıb..."
“SSRİ-nin bərpası mümkün deyil. Rusiya mütəmadi olaraq tənəzzülə uğrayır. Belə bir ölkənin birdən-birə gəlib imperiya bərpa etməsi mümkün deyil”.
Bu sözləri politoloq Zərdüşt Əlizadə “Şərq” qəzetinə müsahibəsində deyib.
Politoloq bildirib ki, hazırda Rusiya zəifləməyə davam edir: “Bu, tarixi prosesdir. Bu tarixi prosesin fonunda necə ola bilər ki, Rusiya birdən-birə güclənsin, gəlib, ölkələri tutsin və SSRİ-ni bərpa etsin? Rusiya ölür, zəifləyir. Addım addım çürüyür. SSRİ birdən dağıldı? Onun dağılması üçün zəifləmə prosesi getməli idi və getdi də. İndi də Rusiya çürüyür”.
Z.Əlizadənin sözlərinə görə, Rusiyanın biznesmenləri sərvətlərini xaricə daşıyırlar. Elm, təhsil, səhiyyə biliciləri ölkədən köçürlər: “Alimlər qaçırlar. Bunu görürük. Rusiya rüşvətxorlar, banditlər yuvasına çevrilib. Bir polkovnikin evindən 9 milyard pul tapılıb. Rusiya budur. Necə ola bilər ki, belə bir ölkə birdən-birə dirçəlsin və SSRİ-ni bərpa etsin? Fransa, Britaniya, Niderland, İspaniya, Osmanlı imperiyası bərpa olunub? Yox! Nəyə görə Rusiya imperiyası bərpa olunmalıdır? Hələ Fransa, İngiltərə, İspaniya, Türkiyə inkişaf etmiş demokratik ölkələrdir. Onlar imperiyanı bərpa edə bilmirlərsə, Rusiya necə edə bilər axı?! Rusiya mütəmadi olaraq tənəzzülə uğrayır. Belə bir ölkənin birdən-birə gəlib imperiya bərpa etməsi mümkün deyil”.
Paylaş:
Müəllif : Fuad
Tarix:14-01-2022, 22:16
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər