reklam
Regionxeberlericom.az » Cəmiyyət » “İctimai nəzarətin formalaşmasında medianın rolu” mövzusunda tədbir

reklam

“İctimai nəzarətin formalaşmasında medianın rolu” mövzusunda tədbir


















Yanvarın 18-də Medianın İnkişafı Agentliyində bir sıra media subyektlərinin rəhbər və nümayəndələrinin iştirakı ilə görüş keçirilib.

“İctimai nəzarətin formalaşmasında medianın rolu” mövzusunda baş tutan tədbirdə Prezident İlham Əliyevin yanvarın 12-də yerli televiziya kanallarına verdiyi müsahibədən irəli gələn vacib məqamlara toxunulub.

Həmçinin ictimai nəzarətin formalaşması və həyata keçirilməsində medianın rolu vurğulanıb.

MEDİA Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov çıxışında bildirib ki, Prezidentin yerli televiziya kanallarına müsahibəsində medianın ictimai nəzarət rolunu vurğulaması mühüm əhəmiyyət kəsb edir: “Dövlət başçısı mediada yer alan məlumatların mütləq əksəriyyətinin öz təsdiqini tapdığını və bu haqda dərhal ölçü götürüldüyünü qeyd etdi. Prezidentin jurnalistlərin əməyinə verdiyi yüksək qiymət böyük etimadın göstəricisi olmaqla yanaşı, media işçilərinin də öz peşəkar missiyalarını həyata keçirməkdə məsuliyyətlərini artırmış olur”.

İcraçı direktor MEDİA-nın məhz ictimai və dövlət maraqlarını əsas götürərək media subyektləri arasında müsabiqələr keçirdiyini və bu müsabiqələr çərçivəsində hər il məhz ictimai əhəmiyyət kəsb edən yüzlərlə materialın hazırlandığını diqqətə çatdırıb: "Bu yaxınlarda geniş ictimai müzakirələrdən sonra parlament tərəfindən qəbul olunmuş və imzalanmaq üçün təqdim edilən “Media haqqında” qanun layihəsinin ölkəmizin informasiya mühitinin sağlamlaşdırılmasına, onun rəqabət qabilliyətinin artırmasına, xüsusən də media subyektlərinin iqtisadi müstəqilliklərinin gücləndirməsinə ciddi töhfə olacaq, layihənin müddəaları jurnalistlərin ictimai nəzarətçi kimi vacib funksiyanı lazımı səviyyədə yerinə yetirməsinə hüquqi təminat verir. Düşünürük ki, gələcəkdə də mediamız bu etimadı doğruldacaq, dəqiq, obyektiv və qərəzsiz məlumatların ictimaiyyətə çatdırılması misiyasını yüksək peşəkarlıqla yerinə yetirəcək".

"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli vurğulayıb ki, Prezident İlham Əliyevin yerli jurnalistlərə müsahibəsində söylədiyi fikirlər media qarşısında yeni vəzifələr qoyur: "Qanunvericilik sahəsində bir sıra təkminləşdirilmələrə ehtiyac var. İnanıram ki, MEDİA ötən il həyata keçirdiyi layihələri bu il də davam etdirəcək və ictimai nəzarət mexanizmləri ilə bağlı maarifləndirmə tədbirləri həyata keçirəcək. Yeni qanun qüvvəyə minəndən sonra mövcud problemlərinin aradan qaldırılması istiqamətində ciddi addımlara ehtiyac var".

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Alqış Musayev bildirib ki, mətbuatdan gözləntilər böyükdür. O qeyd edib ki, yeni qanun mətbuatın əvvəlki hüquq və funksiyasını bərpa edəcək: "Mətbuata ictimai etimad yoxdur. Bunun üçün peşəkarlıq artırılmalıdır, peşəkar mühit olmalıdır. Bu istiqamətdə həyata keçirilən tədbirlər zaman-zaman nəticəsini verəcək. Qanunun qəbul olunması o demək deyil ki, hər şey yaxşı olacaq. Mən görməmişəm ki, hansısa mətbaut nümayəndəsi əvvəlki rəhbərliyə, Vüqar Səfərliyə irad bildirsin. Mətbuat başqasını tənqid etməklə yanaşı, özünü tənqidi də təlqin etməlidir".




Paylaş:


Müəllif : Tarix:
18-01-2022, 12:33
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər