reklam
Regionxeberlericom.az » Cəmiyyət » “GENERALLAR PUTİNİ BAŞA SALACAQLAR...” – “Ukrayna ordusu bir aya Donbassı azad edib, Rusiya ərazilərinə daxil olacaq”

reklam

“GENERALLAR PUTİNİ BAŞA SALACAQLAR...” – “Ukrayna ordusu bir aya Donbassı azad edib, Rusiya ərazilərinə daxil olacaq”


















"Rusiyanın sovet vaxtından qalmış nüvə silahları və onları daşıya biləcək raketləri ona Avropa və ABŞ-ı hədələməyə imkan verir. Sözsüz, Qərb Rusiyadan qorxur. Amma 70 ildən çoxdur nüvə silahları olan ABŞ, Böyük Britaniya, Fransa, Cin, Hindistan, Pakistan, İsrail heç vaxt nüvə silahından istifadə etməzlər”.

Bunları Azərbaycan Milli Məclisinin keçmiş sədri Rəsul Quliyev "Facebook" səhifəsində yazıb. O, qeyd edib ki, Çinin dünyanın yarısını dinc yolla ələ keçirmək strategiyası var, ona müharibə lazım deyil. "Qərb ölkələrində insan amili qiymətlidir, Hindistan və Pakistanın əhalisi çox, bombaları isə azdır. Onlar nüvə silahından istifadə etməzlər", - eks-spiker vurğulayıb.

R.Quliyevin sözlərinə görə, yeganə Rusiyadır ki, bu ölkədə insanın qiyməti sıfırdır, milyonların həlak olması Prezident Putin və onun məmurlarının vecinə deyil: "Onlar Krımı, Donbassın bir hissəsini, Cənubi Osetiya və Abxaziyanı ələ keçirəndən sonra Ukraynanın işğalını davam etdirmək niyətindədirlər. Putin Qərbin ondan qorxduğunu bilir və Rusiyanın itirəcəyi bir şeyin olmadığına görə müqavimət olmayacağına da əmindir. O, tarixə diqqət yetirir: 1945-ci ilin sentyabrından ABŞ-da, ondan iki il sonra Böyük Britaniyada atom bombası və onu daşıya biləcək təyyarələrin olmasına baxmayaraq, Qərb Stalinə "Qoşunlarını Şərqi Avropadan çıxar və demokratik seçkilər keçirməyə imkan ver" ultimatumunu verməyə cəsarət etmədi. Berlin və onun ətrafında yerləşdirilmiş 10 min tankdan qorxdu. 1952-ci ilə qədər sovetin cəmi bir neçə atom bombası var idi, amma onu uzağa daşıyan təyyarələri mövcud deyildi. 1962-ci ildə də Karib böhranı zamanı ABŞ generallarının "Sovetlərin heç bir gücü yoxdur, lazım olarsa, Kremlə bir-iki atom bombası atıb rus və başqa xalqları bolşevik diktaturasından xilas edə bilərik" təklifinə Prezident Kennedi kiçik qardaşı Robert Kennedinin təhriki ilə "yox" dedi". 

Rəsul Quliyev xatırladır ki, 2014-cü ildə ABŞ-ın Krımın həmişə Ukrayna torpağı olaraq qalcağına təminat verən sənədə imza atmasına baxmayaraq, Rusiya yarımadanı işğal etdi. Keçmiş spiker əlavə edir ki, o zaman ABŞ-ın bir hərbi təyyarə daşıyan gəmisi Qara dənizdə Krımın yanında dayanıb Rusiyaya ultimatum versəydi, bu gün nə Krım, nə də Donbass problemi olmazdı.

"Qərb bu dəfə Rusiyaya heç bir güzəştə getməyəcək. Avropa İttifaqında Rusiyaya nifrət edən Polşa, Baltik ölkələri, Bolqarıstan, Çexiya və Slovakiya kimi ölkələr var. Bu ölkələrin ordusu neytral qalmayacaq, çünki Ukraynadan sonra növbə onlarındır. Rusiya Ukraynanı 100 min əsgər, 3 min tank, bir neçə yüz təyyarı ilə işğal edə bilməz", - R.Quliyev vurğulayıb.


Eks-spiker deyir ki, ABŞ və Qərbin ilk vəzifəsi Ukraynanı rusların hava hucumundan qorumaqdır: "Rusiyanın bir neçə yüz təyyarəsinin qarşısını almağa ABŞ-ın 10-15 "F-35" təyyarəsi kifayət edər. Böyük təyyarələr və tank vura bilən "Javelin"lər Ukrayna ordusuna verilməlidir. Mən əminəm ki, Ukrayna ordusu maksimum bir aya Donbassı azad edib, daha sonra ən azı 15-20 kilometr Rusiya ərazisinə doğru irəliləyəcək. Bundan sonra tutduğu torpaqları Krımla dəyişəcək. Müharibə başlasa, çox ehtimal Ukrayna Putinin Krım körpüsünü dağıdacaq. Rusiya isə ilk növbədə Mariupolu işğal edib Krıma yaxınlaşmaq istəyəcək. Ukraynanın Mariupol cəbhəsini yarmaq çox cətin məsələdir. Çünki Ukrayna ordusu Donbassı azad edib Moriupala hucum edən Rusiya qoşunlarının arxasına keçib, onları mühasirəyə alacaq. Bunları mən bilirəmsə, rus generalları məndən 10 dəfə yaxşı bilir. Hər halda onlar Putini başa salacaqlar".

Rəsul Quliyev hesab edir ki, müharibə olmayacaq və Ukrayna Qərbin köməyi ilə Putini Donbassdan çıxmağa məcbur edəcək: "Ola bilər, sərhəddə Ukrayna sərhədçiləri yerləşdirilsin, ancaq Donbassda BMT-nın hərbi bölmələri olsun və 1-2 ildən sonra seçkilər keçirilsin”.

R.Quliyev daha sonra Azərbaycan Prezidentinin indiki gərgin zamanda Ukraynaya səfər etməsini və Kiyevdəki bəyanatlarını təqdirəlayiq hadisə adlandırıb: “Azərbaycan Ukrayna ilə həmişə dost olub, indi Prezident Əliyev bu əlaqələri tamamilə başqa bir səviyyəyə çatdırdı. Biz mətbuatdan oxuduğumuz məlumatlarla bağlanmış müqavilələrin adlarının arxasında nələrin dayandığını bilmirik. Ancaq düşünürəm ki, bu sənədlər çox mühümdür və hər iki ölkə üçün çox vacibdir”.(Azpolitika)




Paylaş:


Müəllif : Tarix:
18-01-2022, 15:13
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər