Vəkil: “Əli Əliyevin barəsində hökmdən şikayət veriləcək”
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin 5 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökmdən şikayət veriləcək.
Apellyasiya şikayəti bu həftə veriləcək, vəkil Cavad Cavadov Turan-a bildirib.
O deyib ki, hökmün mətnini ona bu gün veriblər.
“Bu həftə apellyasiya şikayəti hazırlanacaq və veriləcək”, – vəkil deyib.
Ötən gün o, istintaq təcridxanasında Əliyevlə görüşüb.
“Sağlıq durumu yaxşıdır, saxlanma şəraitilə bağlı şikayəti yoxdur. Əvvəlki mövqeyində qalır, özünü günahkar saymır, məhkəmənin hökmünü sifarişli hesab edir”, -Cavadov deyib.
Yanvarın 13-də Bakının Yasamal Rayon Məhkəməsi Əli Əliyevi böhtan ittihamı ilə 5 ay müddətinə azadlıqdan məhrum edib.
Ona qarşı iddianı Sərhəd Xidmətinin polkovnik-leytenantı Emil Cəfərov qaldırıb.
Qeyd edək ki, Əliyevə qarşı daha bir analoji iddianı Sərhəd Xidmətinin digər zabiti Ramin Adilov irəli sürüb. Onlar noyabrın 30-da Xızı rayonunda Mi-17 vertolyotunun qəzaya uğraması zamanı sağ qalıblar.
İddiaya Əliyevin “Osmanqızı TV” Youtube kanalının 9 dekabr 2021-ci il tarixli buraxlışına müsahibəsi səbəb olub.
Əsasən Əliyev ehtimal edib ki, vertolyot kənardan təxribat nəticəsində qəzaya uğraya bilərdi, odur ki, Sərhəd Xidmətinin vertolyotuna hücum Azərbaycanın sərhədlərinə hücum kimi qiymətləndirilməlidir.
Əliyev təxribatın arxasında Azərbaycanın sərhədlərini çoxdan nəzarətə götürməyə can atan Rusiyanın durduğunu istisna etməyib. -03B06-
“24 saat”
Paylaş:
Müəllif : Fuad
Tarix:19-01-2022, 10:01
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər