Əsas problem vergi ödəyicilərinə qeyri-bərabər yanaşma və şəffaflığın olmamasıdır
Həbsdə olan Polad Aslanovun xanımı bu gün Baş Prokurorluğa dəvət edilib və onu qurumun rəhbəri Kamran Əliyev qəbul edib.
Aslanova Turan-a bildirib ki, baş prokuror deyib ki, fevralın 3-də Ali Məhkəmədə kassasiya şikayətinə baxılarkən prokurorluğun nümayəndəsi iştirak edəcək.
“Kamran Əliyev dedi ki, baş prokuror kimi vəd edir ki, işə ədalətli və obyektiv baxılacaq “, – Aslanova deyib.
Qeyd edək ki, dünən Aslanova qurumun rəhbərliyilə görüşmək məqsədilə Baş Prokurorluğa gedib, lakin binaya buraxmayıblar.
Bu arada Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi Polad Aslanovun aclıq keçirməsilə bağlı onun vəziyyətindən narahatlığını bildirib.
“Azərbaycanda həbsdə olan jurnalist Polad Aslanovun ədalətsiz hökmə və Ali Məhkəmədə şikayətə baxılmasının 9 ay gecikdirilməsinə etiraz olaraq keçirdiyi aclığın 12-ci günündə çəkisi 42 kiloqrama qədər azalıb”,- təşkilatın Tvitter hesabındakı məlumatda bildirilir.
Yanvarın 17-də Aslanova həyat yoldaşının təqib edilməsinə etiraz olaraq Baş Prokurorluğun qarşısında təkbaşına piket zamanı saxlanılıb.
Azərbaycan hakimiyyəti Polad Aslanovu dərhal azad etməlidir, – Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsinin Avropa və Mərkəzi Asiya üzrə koordinatoru Gülnoza Said bildirib.
Bu, yanvarın 6-da Aslanovun aclıq aksiyasına başlamasından sonra təşkilatın ikinci bəyanatıdır.
Bundan öncə “Sərhədsiz reportyorlar” da Aslanovu müdafiə edib.
* Xeberman.com saytının redaktoru Polad Aslanov 16 noyabr 2019-cu ildə İranın xeyrinə dövlətə xəyanətdə ittiham olunaraq 16 il müddətinə azadlıqdan məhrum edilib. “Sərhədsiz reportyorlar” və digər hüquq- müdafiə təşkilatları Azərbaycan hakimiyyətini Polad Aslanovu azad etməyə çağırıblar. Yanvarın 6-dan işinə yenidən baxılması və Ali Məhkəmədə kassasiya şikayətinə baxılmasının sürətləndirilməsi tələbilə aclıq edir. Ali Məhkəmə Polad Aslanovun şikayətinə baxılmasını fevralın 3-nə təyin edib. —06B-
Paylaş:
Müəllif : Fuad
Tarix:19-01-2022, 11:10
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər