reklam
Regionxeberlericom.az » Cəmiyyət » Azərbaycanda boşanmaların sayı ən yüksək səviyyəyə çatdı – CƏDVƏL

reklam

Azərbaycanda boşanmaların sayı ən yüksək səviyyəyə çatdı – CƏDVƏL

















Ötən ilin ilk 11 ayı ərzində Azərbaycanda qeydiyyat şöbələri tərəfindən 50 min 890 nikah və 15 min 659 boşanma halları qeydə alınıb.
Rəsmi məlumatlara istinadən bildirir ki, bu göstərici müstəqil Azərbaycan tarixində qeydə alınan ən yüksək göstəricidir. Belə ki, əvvəlki illərdə heç vaxt bu sayda boşanma qeydə alınmayıb.

Daha əvvəl ən yüksək boşanma 2019-cu ildə qeydə alınıb. 2019-cu ildə 17 min 148 boşanma qeydə alınsa da, yanvar-noyabr aylarında 15 min 635 boşanma olub. Bu da 2021-ci ilin yanvar-noyabr aylarındakı göstəricidən 24 boşanma azdır.

Ötən ilin ilk 11 ayı ərzində Azərbaycanda əhalinin hər 1000 nəfərinə boşanmaların sayı isə 1,7 olub. Bu göstərici 1991-ci ildən, yəni Azərbaycan müstəqillik əldə etdikdən sonra qeydə alınan ən yüksək göstəricidir.

Məlumat üçün bildirək ki, müstəqillik əldə etdikdən sonrakı ildə - 1992-ci ildə Azərbaycanda 68 min 740 nikah, 9 min 465 boşanma qeydə alınıb. Həmin il əhalinin hər 1000 nəfərinə nikahların sayı 9,5, boşanmaların sayı isə 1,3 olub.

1991-ci ildən sonra qeydə alınan nikah və boşanmaların sayı bu cür olub:

 

İllərNikahlarBoşanmalar
199268 7409 465
199360 0286 564
199447 1476 256
199543 1305 669
199638 5725 598
199746 9995 806
199840 8515 657
199937 3825 013
200039 6115 478
200141 8615 382
200241 6615 738
200356 0916 671
200462 1776 914
200571 6438 895
200679 4437 817
200781 7588 340
200879 9647 933
200978 0727 784
201079 1729 061
201188 14510 747
201279 06511 087
201386 85211 730
201484 91212 088
201568 77312 764
201666 77113 114
201762 92314 514
201862 48414 857
2019
ilk 11 ay
58 31715 635
2020
ilk 11 ay
32 43713 439
2021
ilk 11 ay
50 89015 659



Paylaş:


Müəllif : Tarix:
19-01-2022, 13:52
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər