Deputatdan Ramiz Mehdiyevlə bağlı qalmaqallı iddialar: "Direktorları təhdid edir..."
“Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasını bataqlığa sürükləyib. Məşğul olmadığı bircə sahə var: o da elmdir”.
Bunu deputat Etibar Əliyev feysbuk profilində yazıb.
Etibar Əliyev bildirib ki, Ramiz Mehdiyev institut direktorları ilə icra başçıları kimi davranır:
“Ramiz Ənvəroviç ixtisasca filosofdur. Prezident Administrasiyasında işləyəndə özünə kitablar yazdırardı. Özünün fəlsəfi bilgiləri çox aşağı səviyyədədir. AMEA-nın Fəlsəfə İnstitutunun kiçik elmi işçiləri ilə fəlsəfədən söhbət edə bilməz. İnstitut direktorlarını təhdid edir, az keçməmiş isə barışır. Məsələ aydındır. Akademik göstəricisində adamın bir nəfər yetişdirməsi yoxdur. Bu gün mənə Bakı Dövlət Universitetindən məlumat verdilər ki, adamın qızı Kamilə Əliyeva bu universitetdə “Psixologiya” üzrə müdafiə şurasının sədridir və müdafiələrin rus dilində aparılmasını təkid edir. Və bunu şərt kimi qoyur. Dilimizi bilmir axı. Kamilə xanımın dissertasiyasını özünün yazmaması haqqında söhbətlər gəzir. Ramiz Ənvəroviçin 80 yaşlı arvadı Qalina Yuryevna isə “Riyaziyyat” fakültəsində kafedra müdiri, Müdafiə Şurasının sədridir. Universitet rəhbərliyi onun arvadı və qızına kafedra əvəzinə rezidensiya yaradıb.
Bir sözlə, elm bunların insiharına verilib. AMEA-nın Rəyasət Heyətinin üzvləri Ramiz Mehdiyevin idarəetmə qabiliyyətini itirməsinə hələlik dözürlər. Ancaq ürəyi dolu olan akademiklər də var və artıq pıçıldaşırlar. Elm isə heç zaman pıçıltını sevməyib”.
Məsələ ilə bağlı AMEA-nın sözçüsü Yeniavaz.com-a bildirdi ki, bu haqda rəhbərliyə məlumat verəcək:
"Lazım bilsələr, açıqlama verərlər”.
Bakı Dövlət Universitetindən isə deputatın iddialarının araşdırılacağı bildirildi.
Paylaş:
Müəllif : Fuad
Tarix:19-01-2022, 16:01
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər