reklam
Regionxeberlericom.az » Cəmiyyət » Azərbaycanda 4 günlük iş rejimi tətbiq edilə bilər? - AÇIQLAMA

reklam

Azərbaycanda 4 günlük iş rejimi tətbiq edilə bilər? - AÇIQLAMA

















Dörd günlük iş həftəsinə keçid Avropa Birliyinə daxil olan ölkələrlə yanaşı, digər ölkələrdə də mütəmadi olaraq olaraq müzakirə olunur.

2021-ci ilin dekabrında Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) inqilabi qərar qəbul edərək 2022-ci il yanvarın 1-dən 4,5 günlük iş rejiminə keçdiklərini açıqladı.

Nəticədə BƏƏ-də iş saatları həftənin bazar ertəsi və cümə axşamı günləri 07:30-dan 15:30-dək, cümə günü isə 07:30-dan 12:00-dək müəyyən edildi.

Hazırda Rusiya, Türkiyə , Gürcüstanda da 4 günlük iş rejiminə keçidlə bağlı məsələlər müzakirə mövzusudur.

Trend-ə açıqlaması zamanı Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov bildirib ki, 4 günlük iş həftəsi inkişaf etmiş ölkələrdə müzakirə edilən məsələlərdəndir. Azərbaycanda da təbii ki, əmək bazarı və əmək bazarının tələblərinə uyğun olaraq beynəlxalq praktikada nəzərdə tutulan və tətbiq olunan təcrübələr öyrənilir.

Azərbaycan üçün düşünürəm ki, indiki halda vacib məsələlərdən biri məhz qeyri-leqal məşğulluğun leqallaşdırılması və bu istiqamətdə faəliyyətin genişləndirilməsidir. Nəzərə alsaq ki, son illərdə biz məşğulluğun leqallaşdırılması istiqamətində ciddi addımların atılmasını müşahidə edirik. Bu da təbii ki, nəticə etibarilə yeni əmək müqavilələrinin bağlanmasında özünü göstərir. Eyni zamanda əmək hüquqlarının qorunması sahəsində də sistemləşdirilmiş tədbirlər prioritetdir və bu istiqamətdə işlər davam etdirilir. Bu baxımdan bütövlükdə məşğulluğun leqallaşdırılması prosesi sürətlə aparıldığını nəzərə alsaq, artıq növbəti mərhələdə iş günlərinin sayı, o cümlədən, iş saatlarının sayı ilə bağlı məsələlərin müzakirəsi mümkündür.Lakin düşünürəm ki, indi ki halda əmək bazarı ilə bağlı prioritetlik məşğulluğun leqallaşdırılması və əmək hüquqlarının tam şəkildə qorunması mexanizminin gücləndirilməsindən ibarətdir. –deyə o qeyd edib.

Xatırladaq ki, Əmək Məcəlləsinə görə, gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz. Bununla yanaşı, gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz.

Bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir. Ancaq istehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq işəgötürən və ya müvafiq icra hakimiyyəti orqanı həftəlik tam iş vaxtının müddəti çərçivəsində altıgünlük iş həftəsi müəyyən edə bilər.




Paylaş:


Müəllif : Tarix:
21-01-2022, 10:42
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər