İlin ikinci yarısında əhalinin gəlirlərini yenə artırmaq olar
Pərviz Heydərov yazır...
Ölkənin ötən ilki sosial-iqtisadi yekunları əhalinin sosial müdafiəsini getdikcə daha çox gücləndirməyə yol açır. Buna, iki səbəbdən əsas və tələb vardır: birincisi, həm iqtisadi göstəricilər müsbətdir, ikincisi həm də bahalaşma mövcuddur.
Bu, Baş nazir Əli Əsədovun sədrliyi ilə bu günlərdə keçirilən ölkədə ərzaq təhlükəsizliyi, qiymət artımı və qarşıda duran vəzifələrə dair müşavirədən də aydın oldu. Belə ki, həmin müşavirədə də qeyd olundu ki, 2021-ci ilin iqtisadi yekunları yüksək dərəcədə yaxşı olmaqla yanaşı, istehlak qiymətlərinin indeksi 6,7 faiz təşkil edib, o cümlədən, ərzaq məhsulları üzrə inflyasiya 8,1, qeyri-ərzaq üzrə isə 5,1 faizə bərabər olub.
2021-ci ildə ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 92,9 milyard manatlıq və ya 2020-ci illə müqayisədə 5,6 faiz çox ÜDM istehsal edilib. Qeyd olunan dövr ərzində iqtisadiyyatın qeyri neft-qaz sektorunda istehsal olunan əlavə dəyər 7,2, neft-qaz sektorunda isə 1,8 faiz artıb.
Başqa sözlə, İqtisadiyyat naziri Mikayıl Cabbarovun sosial media hesabında yazdığı kimi, Azərbaycanda ÜDM-in nominal həcmi 93 milyard manata çatıb ki, bu, 2019-cu illə müqayisədə 11 milyard manatdan çox deməkdir.
Yəni, cəmi 2 il əvvəlki dövrlə müqayisədə...
Qeyri-neft sektorunda əldə olunan göstərici isə daha çox alqışa layiqdir. Bu, sözügedən sektorun inkişafı sahəsində görülən işlərin nəticəsi hesab olunur. Belə ki, 2021-ci ildə ölkəmizdən ümumi ixrac 22,2 milyard ABŞ dolları təşkil etməklə, qeyri-neft sektoru üzrə bu rəqəm 2,7 milyard dollara bərabər olub. Bu isə 2020-ci il ilə müqayisədə 870 milyon dollar və ya 47,2 faiz artıq deməkdir.
Ölkə başçısının dediyi kimi, bu, imkan verir ki, biz valyutanı təkcə neft-qaz hesabına yox, eyni zamanda, digər məhsullar hesabına ölkəmizə gətirək.
"Nəzərə almalıyıq ki, ölkədə əhali artır, deməli, tələbat artır, daxili istehlak artır. Belə olan halda qeyri-neft ixracını artırmaq doğrudan da böyük nailiyyət sayıla bilər" - deyə, Prezident İ. Əliyev bildirmişdi.
Valyuta məsələsinə gəldikdə isə, strateji valyuta ehtiyatlarımızın da həcmi ötən il ərzində 2 166,8 milyon dollar və yaxud 4,3 faiz artıb ki, bu da xarici dövlət borcumuzun real səviyyəsindən 6 dəfə çox deməkdir.
Yeri gəlmişkən, Neft Fondu üzrə artım 1 460,8 milyon dollar və yaxud 3,4 faiz, Mərkəzi Bank üzrə isə 706 milyon dollar və yaxud 11,1 faiz təşkil edib.
Dövlət büdcəsinin icrası da yüksək müsbət göstəricilərlə yekunlaşıb. Belə ki, 2021-ci ilin yanvar-dekabr aylarında dövlət büdcəsinin gəlirləri 26 milyard 419,1 milyon manat, xərcləri isə 27 milyard 412,8 milyon manat təşkil edib.
2020-ci illə müqayisədə büdcə gəlirləri 7,1 faiz, büdcə xərcləri isə 3,8 faiz artıb. Büdcənin icrasında 993,7 milyon manatlıq və ya ÜDM-in 1,1 faizi qədər kəsir yaranıb.
Müqayisə üçün qeyd edim ki, 2020-ci ildə büdcənin icrasında isə 1 milyard 744 milyon manatlıq və ya ÜDM-in 2,4 faizi qədər kəsir yaranmışdı.
Göründüyü kimi iqtisadi artımın bərpa olması və daha yüksək səviyyədə artması, qeyri-neft sektoru üzrə ixracın cəmi 1 ilin ərzində 47 faizdən çox genişlənməsi, valyuta gəlirlərimizin yüksəlməsi, dövlət büdcəsi gəlirləri ilə xərclərinin isə yüksək səviyyədə icrası, yəni büdcə kəsirinin ÜDM-in cəmi 1,1 faizi qədər təşkil etməsi, 6,7 faizlik istehlak qiymətləri indeksinə qarşı əhalinin sosial müdafiəsini daha da yaxşı təmin etmək üçün həqiqətən böyük imkanlar açır.
Bir qədər detallı ifadə etsək, məlumdur ki, Azərbaycan dövlətinin iqtisadi strategiyasının əsasında əhalinin maddi və sosial rifah halını fasiləsiz olaraq yaxşılaşdırmaq dayanır. Belə ki, gəlirlər artdıqca vətəndaşların sosial müdafiəsinin gücləndirmək başlıca məqsəd sayılır.
Bunun üçünsə 2 cəhət tələb olunur: daxildə gəlir mənbələrini həm keyfiyyət, həm kəmiyyət baxımından artırmaq, xaricdən əldə olunan gəlirləri isə durmadan genişləndirmək.
Hökumət 2019-cu ildən sonra növbəti dəfə məhz bu il sosial istiqamətdə geniş maliyyələşdirməyə start verdi. Və dövlət başçısının 2021-ci il 16 oktyabr tarixli Sərəncamına əsasən həyata keçirilməyə başlanan yeni islahatlar mərhələsi kimi səciyyələnən bu tədbir nəticəsində 2,1 milyondan çox vətəndaşın gəlirləri artmaqla, buna il ərzində əlavə olaraq 1,5 milyard manat vəsait xərclənəcək.
Sual yaranır ki, bu vəsait bəs, haradan və nəyin hesabınadır?
Vurğunu üzərinə gətirmək istədiyim məsələ də məhz bundan ibarətdir. Keçən il əldə olunan müsbət cəhətlərdən də biri məhz ondan ibarət olub ki, büdcəyə nəzərdən tutulduğundan, yəni proqnozdan artıq vergi daxil olub.
Bu tendensiya ən yaxşı şəkildə ilk dəfə 2019-cu ildə müşahidə edilmişdi. Həmin ildə həyata keçirilən islahatlar nəticəsində vergi orqanları və gömrük xətti ilə dövlət büdcəsinə 1 milyard manatdan artıq vəsait daxil olub.
Bu proses 2020-ci ilin əvvəlində də davam edirdi, lakin sonra pandemiya imkan vermədi. 2021-ci ildə isə vergi daxilolmaları 15,5 faiz artaraq 8,5 milyard manat təşkil edib ki, proqnoz 117,7 faiz yerinə yetirilib. Məcburi dövlət sosial sığorta üzrə daxilolmalar 8 faiz artaraq 3,8 milyard manatı keçib. Və bu sahədə proqnoz 109,9 faiz səviyyəsində icra olunub.
Qeyri-büdcə təşkilatlarında da müsbət dinamika qeydə alınıb. Bu sahədən məcburi dövlət sosial sığorta üzrə daxilolmalar 15,3 faiz artaraq 2,4 milyard manatı ötüb və proqnoz 113,2 faiz yerinə yetirilib.
Ümumiyyətlə, qeyri-neft sektoru üzrə vergi daxilolmaları 13,5 faiz artaraq 6,4 milyard manata bərabər olub ki, proqnoz 112,2 faiz icra edilib.
Sözün qısası, keçən il ərzində həm vergi, həm də gömrük xətti ilə ölkənin dövlət büdcəsinə təqribən 1,4 milyard manatdan çox əlavə vəsait toplanıb ki, bu da yuxarıda qeyd etdiyim 2019-cu ildən sonra növbəti dəfə məhz bu il üçün sosial istiqamətdə geniş maliyyələşdirməyə start verməyə əsas yaradan amil rolunda çıxış edir.
Belə ki, 2,1 milyondan çox vətəndaşın gəlirlərini artırmaq üçün il ərzində əlavə olaraq 1,5 milyard manat vəsait ayırmağa şərait yaranıb.
Bir daha girişdə qeyd etdiyim fikrin, yəni ötən ilin sosial-iqtisadi yekunları əhalinin sosial müdafiəsini getdikcə daha çox gücləndirməyə yol açır fikrimin üzərinə qayıdıram. Sözügedən tendensiyanın davamı istehlak qiymətləri indeksinin, xüsusən də ərzaq məhsulları üzrə inflyasiya tempinin sürətlənməsi vəziyyətindən əslində "qorxmamağa" ciddi şəkildə əsas yaradır və ilin 2-ci yarısında daha bir sosial paketin icrası üçün indidən müvafiq hazırlıqlar görməyə, konturlar cızılmasına imkan verir.
Təkrar qeyd etsəm, birincisi iqtisadi artım əhəmiyyətli şəkildə dayanıqlıdır, ikincisi qeyri-neft məhsulları sarıdan ixracda valyuta gəlirlərimiz artan xətt üzrə genişlənir, üçüncüsü möhkəm maliyyə sabitliyi mövcuddur, dördüncüsü büdcə kəsirinin ÜDM-ə nisbətdə 1-2 faiz civarından artıq təşkil etməyəcəyi üfüqdə aydın görünür, beşincisi isə dövlət büdcəsinə gəlirlərin artıqlaması ilə yerinə yetirilməsi, başqa sözlə desəm, qeyri-neft sektorunda şəffaflığı getdikcə daha artıq dərəcədə təmin etmək üçün şans göz önündədir və sair.
Qlobal bahalaşmadan və ərzaq inflyasiyasından başqa cür yaxa qurtarmaq mümkündürmü?
Paylaş:
Müəllif : Yazar
Tarix:21-01-2022, 17:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər