reklam
Regionxeberlericom.az » Cəmiyyət » "Koronavirusun hər ay iki ştammı çıxacaq" - Azərbaycanlı professor

reklam

"Koronavirusun hər ay iki ştammı çıxacaq" - Azərbaycanlı professor

















Koronavirusda ümumi ölüm 1,79 faiz, “Omicron”da isə 0,1-0,4 faiz təşkil edir.

Bunu tibb elmləri doktoru, professor Musa Qəniyev deyib. O bildirib ki, "Omicron"da ölüm digər ştamlara nisbətən 6-18 dəfə azdır:

“Təbii və ya vaksinasiya fonunda immunitet qazananlarda isə bu fərq daha çoxdur. Eyni zamanda həmin şəxslər “Omicron” ştammına yoluxarsa, onu ağır keçirmələri ehtimalı 1 faizin altındadır.

Hazırda 10000 müxtəlif variantı olan koronavirusun COVID-19 tipinin genom əsasını 30 min nuklein nüvəsi təşkil etdiyindən, onun hər ay 2 mutant ştammının əmələ gəlməsi təbii qanunauyğunluqdur. Ona görə də, hər ay, mütəmadi olaraq COVID-19-un yeni ştamları haqqında məlumat veriləcəkdir”.

Professorun sözlərinə görə, “Omicron” ştammı qorxu törədəcək heç bir bioloji gücə malik deyil. İstər təbii, istərsə də vaksin fonunda formalaşan immunitet bu ştamma qarşı ən effektiv qoruyucu vasitədir:

“Omicron”la yanaşı, hazırda COVID-19-un daha 2 yeni ştammı - “Kamerun” (İHU) və “Deltakron” ştamları da müzakirə mövzusudur. Yanvar ayının 7-də "Kamerun" ştammının genom strukturunu təhlil edilərək, onun təhlükəli olmadığını elmi cəhətdən əsaslandırılıb.

Yanvar ayının 9-na keçən gecə belə məlumat yayıldı ki, Kipirdə Covid 19-un yeni hidrid ştammı tapılıb. Genom quruluşu “Delta” ştammını xatırladan bu variantda, həm də “omicron” ştammına xas olan 30 mutatik dəyişikliyin 10-u müşahidə olunur. Odur ki, bu ştammı "Deltakron" adlandırdılar. Hətta iddia olundu ki, “Deltakron” nəinki “Omicron”dan, hətta "Delta" ştammından da 30 faiz artıq patogen və yolxucu olacaqdır”.

Professor onu da bildirib ki, istənilən virus və ya eyni virus ştammlarının reproduksiya hədəfi, canlı hüceyrənin DNT-si olduğundan, virus ştammlarının birinin-digərilə qarşılıqlı ələqlə formasının nəticəsi kimi, heç bir halda yeni mutant ştamm əmələ gələ bilməz:

“Hətta iki mutant ştamm biri digərinə kovalent rabitə ilə çarpaz bağlansa belə, bunu yeni ştamm adlandırmaq olmaz. Adətən pandemiyaların son dövrünə təsadüf edə bilən bu cür nadir “genom anomaliyası” konkret virus serotiplərinə münasibətdə “aqonist-antaqonist” variantlar adlandırılır. Odur ki, “Deltakron”un genom duruluşunun molekulyar təhlili üzərində dayanmaq istəmirəm. Çünki belə bir ştamm yoxdur. Varsa belə, yox kimi qəbul olunmalıdır”.




Paylaş:


Müəllif : Tarix:
21-01-2022, 18:12
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər