reklam
Regionxeberlericom.az » Cəmiyyət » İdris Abbasov təhdid edilib? - İsa Həbibbəylidən iddialara CAVAB

reklam

İdris Abbasov təhdid edilib? - İsa Həbibbəylidən iddialara CAVAB















AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsin müdiri, filologiya elmləri doktoru, professor İdris Abbasovun təhdid edilməsi barədə məlumata münasibət bildirib.

Bu barədə Modern.az-a danışan İ.Həbibbəyli İdris Abbasova pislik etmək niyyətində olmadığını söyləyib.

“Bu barədə məlumatım yoxdur. Mən onu başa düşmürəm. Həmişə hörmət göstərmişəm. Niyə belə deyirlər, səbəbini bilmirəm. Həyatım boyu ona yaxşılıq etmişəm. Yaxşı olar ki, bunu özündən soruşasınız. O mənim əleyhimə yazsa da, danışsa da, mən ancaq yaxşılıq etmişəm. Bundan sonra da belə davam edəcəyəm”, - deyə AMEA-nın vitse-prezidenti vurğulayıb.

Qeyd edək ki, bir qədər öncə saytımıza daxil olan məlumata görə, bu gün Ramiz Mehdiyevin tapşırığı ilə AMEA Nəsimi adına Dilçilik İnstitutunun təcili toplantısı çağırılıb. İclasda mətbuatda getmiş “Ramiz Mehdiyev əsl elm adamlarını cana-boğaza yığıb, getməlidir!” adlı açıqlamaya görə, İdris Abbasova qarşı təzyiq göstərilib, barəsində hədə dolu fikirlər səsləndirilib.













İddiaya əsasən, professordan Ramiz Mehdiyevin adını çəkib, tənqid etdiyinə görə izahat tələb olunub.

Bundan əlavə, mənbə qeyd edib ki, İnstitut rəhbərliyi AMEA prezidenti Ramiz Mehdiyevin və vitse-prezident İsa Həbibbəylinin adlarını çəkməməsi üçün İdris Abbasovu söz verməyə məcbur edib:

“Belə qərara alınıb ki, əgər İdris Abbasov bir də Ramiz Mehdiyevin və İsa Həbibbəylinin adlarını çəksə, Azadlıq meydanında asılacaq”.




Paylaş:


Müəllif : Tarix:
21-01-2022, 20:27
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər