Azərbaycandan Rusiyaya yük aparan onlarla maşın sərhəddə qaldı
Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsulları aparan onlarla iritonnajlı yük maşını sərhəddən Rusiyaya buraxılmır. İyunun 28-i gecə saat 1-dən etibarən tez xarab olan meyvə-tərəvəz dolu “TIR”lar “Yaraq-Qazmalar” nəzarət-buraxılış məntəqəsində növbəyə düzülüb.
Bu barədə virtualaz.org-a sərhəddə ilişib qalan ticarətçilərdən biri - Sərxan Atakişiyev bildirib. Onun sözlərinə görə, sürücülər nə qədər öyrənməyə cəhd etsələr də, problemin nədən yarandığını heç kim izah etmir.
“Mən gilas ticarəti ilə məşğul oluram və ilk dəfədir ki, belə halla qarşılaşıram. Bakıdan Moskvaya vurduğumuz yüklə bu gecə təxminən saat 2-də sərhəddə çatmışıq, sərhədi keçə bilmirik. Bu saat bizdən qabaqda 20 iritonnajlı yük maşını növbə gözləyir. Arxada da çox böyük növbə yaranıb. Səbəbini soruşuruq, heç kim bilmir. Deyirlər ki, Rusiya tərəfi yük maşınlarını buraxmaq istəmir. Əslində bizə “yaşıl koridor” yaradılmalı idi, çünki məhsulumuz tez xarab olandır. Gilas kartof deyil ki, 10 gün qalsın...”, - S.Atakişiyev bildirir.
S. Atakişiyev qeyd edib ki, yük maşınlarından fərqli olaraq, minik avtomobilləri heç bir problem olmadan sərhədi rahatlıqla keçib gedə bilirlər.
Yaranmış problemlə bağlı Dövlət Gömrük Komitəsi ilə əlaqə saxladıq. Komitənin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Natiq Axundov texniki nasazlıq səbəbindən sərhəddə qısamüddətli sıxlıq yarandığını bildirdi.
“Yaraq-Qazmalar” nəzarət-buraxılış məntəqəsində Rusiya tərəfdə qısamüddətli sıxlıq yaranıb. Səbəb isə kompüter sistemində yaranan texniki nasazlıqdır. Artıq bu nasazlıq aradan qaldırılıb, hazırda heç bir problem yoxdur. Maşınlar əvvəlki qaydada keçib gedirlər”, - Natiq Axundov bildirib.
Paylaş:
Müəllif : Redaktor
Tarix:28-06-2019, 22:58
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:28-06-2019, 22:58
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
21-11-2024, 12:40
RƏQQASƏ Bakıda faciəvi şəkildə öldü - Son kadrları yayıldı: Təsirli GÖRÜNTÜLƏR + VİDEO
21-11-2024, 10:33