reklam
Regionxeberlericom.az » Cəmiyyət » Azərbaycanda 4-cü mobil operator bazara daxil olmalıdırmı? - AKTUAL

reklam

Azərbaycanda 4-cü mobil operator bazara daxil olmalıdırmı? - AKTUAL


 
















RegionXəbərləri.com FED.az-a istinadən Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüzün mobil operatorlar haqda yazısını təqdim edir.

Mobil operatorlar arasında rəqabəti gücləndirmək üçün nə etmək lazımdır?

4-cü mobil operator bazara daxil olmalıdırmı?

Son zamanlar hiss olunur ki, mobil operatorlar xidmətlərin qiymətlərini artırmaqda çox maraqlıdırlar. Həm də görsənir ki, bu proses az zaman fərqi ilə operatorların hamısında baş verir, sanki hər üç mobil operator bunu separat sövdələşmə ilə edirlər.

Bütün bunların kökündə isə mobil bazarda rəqabətin zəif olması dayanır.

Hər üç operatorun, Azercell, Bakcell və Nar mobil operatorlarının fəaliyyət göstərdiyi mobil bazarda sanki balanslaşdırılmış bir rəqabət var, sanki razılaşdırılmış bir tarif siyasəti var.

Maraqlıdır ki, Azercell dövlət şirkətinə çevriləndən sonra mobil bazarda rəqabət daha da azalıb.

Mobil bazarda texnoloji bir durğunluq, innnovasiyaların çatışmazlığı da özünü açıq-aşkar göstərir.

İstifadəçilərimiz 4G-nin üstünlüklərini görə bilmədiyi halda, qonşu ölkələrdə 5G infrastrukturu qurulub və üzərində “ağıllı şəhərlər” salırlar. Onlarda müzakirə predmeti artıq 6G üzərindədir.

Bizim mobil operatorlarımız isə sanki “yatıblar”, bahalı trafiki, bahalı datanı satmaqla işlərini bitmiş hesab edirlər.

Düşünürəm ki, belə bir vəziyyət Antiinhisar Dövlət Xidmətini və operatorlara bütün ölkə boyu fəaliyyət üçün lisenziya verəm Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyini ciddi narahat etməlidir.

Hər iki qurum monitorinqlər aparmalı, araşdırmalıdırlar ki, rəqabətin qarşısnı alan amillər hansılardır.

Bu baxımdan RİNN yanında yeni yaradılan İKT Agentliyindən gözləntilər çoxdur, təəssüf ki, bu dövlət qurumunun formalaşdırılması, rəhbərinin təyin edilməsi prosesi də xeyli müddətdir ki uzanır və sektorda normal tənzimləmə prosesinin oturuşmasına mənfi təsir göstərir.

Qonşu ölkələrlə müqayisə etdikdə ölkəmizdə mobil internetin qiymətinin kifayət qədər yüksək olmasını da müşahidə etmək olur.

Maraqlıdır ki, statistikaya baxanda görmək olur ki, qonşu ölkələrdə mobil tariflər həm də azalmağa doğru geydiyi halda bizim operatorlar ən yaxşı halda uzun müddət qiyməti stabil saxlamaqda, bir çox hallarda isə qiyməti qaldırmaqda maraqlıdırlar.

İkinci diqqət çəkən məsələ isə rayon mərkəzlərindən uzaq olan ərazilərdə, əhali sayı az olan kəndlərdə , avtomobil magistralları və dəmiryol xətti boyunca mobil infrastrukturun qurulmamasıdır.

Çox sayda kəndlərimizdə ümumiyyətlə mobil internet yoxdur, mobil rabitə isə keyfiyyətsizdir.

Məlumdur ki, hazırda RİNN bütün ölkə üzrə internet infrastrukturun qurulması istiqamətində işlərə başlayıb. Rayonlarda rabitə briqadaları işləyir. RİNN bildirib ki 2 ilə bu proses başa çatmalıdır.

Belə bir məqamda mobil operatorların da bu işlərə töhfə verməsi, ən azı əhali sayı az olan ucqar kəndlərdə baza stansiyaların qurulmasına diqqət yetirməsi doğru olardı.

Mobil operatorlar lisenziya şərtlərində bütün ölkə boyu keyfiyyətli rabitə xidmətləri verməyi öhdəsinə götürüb . Lakin real vəziyyət ondan ibarətdir ki belə bir xidmət bütün ölkə boyu yoxdur.

Əgər mobil operatorlar bütün ölkə boyu keyfiyyətli və dayanıqlı infrastruktur qurmaqdan yayınırlarsa, onda fikrimcə adı çəkilən müvafiq dövlət qurumları zəruri addımlar atmalıdır.

Qonşu ölkələrin təcrübəsi göstəri ki, bu addımlar, 4-cü mobil operatorun bazara daxil edilməsi, infrastrukturun olmadığı ərazilərdə radio tezliklərin geri alınması , yaxud da rəqabəti gücləndirmək üçün digər əlavə addımların artılması ola bilər.

Əlbəttə, bizim rəqəmsal bazar, bizim mobil bazar kiçikdir. Bununla belə rəqəmlərə nəzər salanda görmək olar ki, mobil sektorda əldə olunan gəlirlər də yetərincədir.

Xüsusilə də pandemiya dövründə ölkəmizdə də rəqəmsal transformasiya gücləndiyindən, mobil internet istifadəçilərinin sayı kəskin artdığından mobil operatorlarımız da gəlirlərini yetərincə artıra biliblər.

Böyük gəlirlər qazanan mobil operatorlar da fərqində olmalıdır ki, lisenziya alarkən bütün ölkə üzrə keyfiyyətli mobil rabitə infrastrukturunun qurulması öhdəliyini götürüblər.




Paylaş:


Müəllif : Tarix:
24-01-2022, 16:27
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər