Ərəblər Azərbaycanda adı "Qırmızı kitab"a düşən quşları ovlayıb - VİDEO
Ərəb turistlərin Azərbaycanda “Bəzgək” ovlamalarını əks etdirən kadrlar yayılıb.
"Ecofront" səhifəsi sözügedən görüntüləri yayıb və kadrların Tovuz rayonu ərazisində lentə aldığını iddia edib.
Xatırladaq ki, bir neçə gün öncə sözügedən təşkilat sosial şəbəkələrdə bir qrup xarici ölkə vətəndaşının Tovuz rayonu ərazisində, Ceyrançöldə “Bəzgək” ovlamaları ilə bağlı məlumat yaymış, Bioloji Müxtəlifliyin Qorunması Xidməti isə açıqlama verərək, Ceyrançöl ərazisinə nazirliyin regional idarələrinin əməkdaşları tərəfindən baxış keçirilidiyini, lakin heç bir qanunsuz ov aparılması faktının aşkar edilmədiyini bildirmişdi.
Qeyd edək ki, “Bəzgək” ovlanması qadağan olunan nadir fauna nümunələrindəndir və adı Azərbaycan Respublikası ərazisində nadir və nəsli kəsilmək təhlükəsi olan vəhşi heyvan və yabanı bitki növlərinin vəziyyəti haqqında rəsmi dövlət sənədi olan "Qırmızı kitab"a salınıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:25-01-2022, 09:37
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər