POLKOVNİK SƏLİMOV PREZİDENTƏ MÜRACİƏT ETDİ - "Günahkarların məsuliyyətə cəlb olunmasını və..."
Müdafiə nazirinin sabiq müavini, istefada olan polkovnik Mehman Səlimov “AzPolitika.info” saytı vasitəsilə Prezident, Ali Baş Komandan İlham Əliyevə müraciət edib.
Surəti Ədliyyə naziri Fikrət Məmmədov və Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə də göndərilən müraciətdə polkovnik yazır ki, ölkə Konstitusiyasının 35-ci maddəsində nəzərdə tutulan “əmək hüququ” və 57-ci maddədə yer alan “müraciət etmək” hüququ kobud şəkildə pozulub.
Habelə Səbail rayon Məhkəməsinin 13.06.2002-ci il tarixli qətnaməsi icra olunmayıb. M. Səlimov Prezidentdən xahiş edir ki, sözgedən qətnamənin icra edilməsi, hüquqularının pozulmasında günahkar olan vəzifəli şəxslərin məsuliyyətə cəlb olunması barədə göstəriş versin.
Sabiq nazir müavini müraciətində yazır: "01.07.2007-ci il tarixədək, yəni hərbi qulluqçuların pensiya təminatı ilə bağlı pensiyalar Əmək və ƏSMN yanında DSMF–na verilənədək həmin qətnamə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən icra edilib.
Lakin hərbi qulluqçuların pensiya təminatı ilə bağlı bütün funksiyalar Azərbaycan Respublikası Prezidentinin 22.12.2006-il tarixli, 499 №li Fərmanı ilə Azərbaycan Respublikası Əmək və ƏSMN yanında DSMF-na verildikdən sonra qətnamə icra edilməyib.
Mənim dəfələrlə etdiyim müraciətlərdən sonra 01.09.2019-cu ildə mənə yenidən Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini kimi əmək pensiyası təyin edilib və bu zaman əvvəlki müddətin-01.01.2007-ci il tarixdən 01.09.2019-cu il tarixədək olan müddətin yalnız 3 ili (yəni 01.09.2016-cı il tarixdən 01.09.2019-cu il tarixədək olan dövrü) üçün mənə AR Müdafiə Nazirinin müavininin vəzifə maaşı ilə idarə rəisinin vəzifə maaşı arasında olan fərq mənə ödənilib.
01.07.2007-ci il tarixdən 01.09.2016-cı il tarixədək olan müddət üçün isə mənə həmin fərq ödənilməyib. Baxmayaraq ki, adıçəkilən məhkəmə qətnaməsində vəzifə maaşları arasındakı olan fərqin pensiyada olduğum bütün dövr üçün ödənilməsi göstərilib.
Göstərilən müddət üçün (01.01.2007-ci il tarixdən 01.09.2016-il tarixədək) pensiya fərqinin ödənilməsinin hüquqi varislik qaydasında Əmək və ƏSMN yanında DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması xahişi ilə Səbail rayon İcra və Probasiya Şöbəsinə 15.12.2021-ci il tarixdə ərizə ilə müraciət etsəm də müraciətim indiyədək cavablandırılmayıb və nəticəsiz qalıb.
Hörmətli cənab Prezident! Cənab Ali Baş Komandan!
Mənim Azərbaycan Respublikası Konstitusiyasının 35–ci maddəsində nəzərdə tutulan “Əmək hüququ”mun və 57-ci maddəsində nəzərdə tutulan “müraciət etmək” hüququmun pozulmasında günahkar olan vəzifəli şəxslərin məsuliyyətə cəlb olunmasına və Azərbaycan Respublikasıadından çıxarılmış və qanuni qüvvəsini almış Səbail rayon Məhkəməsinin 13.06.2002-ci il tarixli qətnaməsinin icra olunmasına göstəriş verməyinizi xahiş edirəm”.
Paylaş:
Müəllif : Fuad
Tarix:26-01-2022, 10:05
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər