reklam
Regionxeberlericom.az » Cəmiyyət » Ziyarətgahlara din xadimlərinin təyinatı səlahiyyəti QMİ-dən alınır

reklam

Ziyarətgahlara din xadimlərinin təyinatı səlahiyyəti QMİ-dən alınır

















Azərbaycanda İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimlərinin təyinatı səlahiyyəti Qafqaz Müsəlmanları İdarəsindən alınır.

"Report"un əldə etdiyi məlumata görə, bu, "Dini etiqad azadlığı haqqında" qanunun 8-ci maddəsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb.

Dəyişikliyə əsasən, İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimlərin təyinatı səlahiyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (qurum) verilir. Bu zaman müvafiq qurum təyinatla bağlı sadəcə Qafqaz Müsəlmanları İdarəsinə məlumat verəcək.

Qeyd edək ki, qanunun hazırkı variantı isə belədir: "İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimləri müvafiq icra hakimiyyəti orqanına məlumat verilməklə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təyin olunur və hər beş ildən bir attestasiya edilir".




Paylaş:


Müəllif : Tarix:
26-01-2022, 13:40
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər