Rusiya DİN Navalnının qardaşını axtarışa verdi
Rusiya Daxili İşlər Nazirliyi Aleksey Navalnının qardaşı Oleq Navalnını cinayət maddəsi ilə axtarışa verib.
Bu barədə Rusiya DİN məlumat yayıb.
“9 aprel 1983-cü il təvəllüdlü Oleq Navalnı Cinayət Məcəlləsinin maddəsi ilə axtarışa verilib” deyə, - məlumatda deyilir.
Bildirilir ki, digər təfərrüatlar açıqlanmır.
Bundan əvvəl Federal Penitensiar Xidməti Oleq Navalnının məhkəmənin hökmü ilə ona qoyulmuş məhdudiyyətlərə əməl etmədiyinə görə şərti cəzasının real cəza ilə əvəz edilməsi barədə məhkəməyə vəsatət göndərib.
Qeyd edək ki, Moskvanın Preobrajenski Məhkəməsi ötən il Oleq Navalnıya bir il şərti cəza kəsib. O, sosial şəbəkələr vasitəsilə insanları 2021-ci ilin yanvarında koronavirus infeksiyası ilə mübarizə üzrə tövsiyələri pozan təsdiqlənməmiş aksiyada iştirak etməyə çağırdığına görə ittiham olunub.
Paylaş:
Müəllif : Fuad
Tarix:26-01-2022, 20:16
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər