reklam
Regionxeberlericom.az » Cəmiyyət » Uşağın doğulduğu ərəfədə ataya məzuniyyət veriləcək - RƏSMİ

reklam

Uşağın doğulduğu ərəfədə ataya məzuniyyət veriləcək - RƏSMİ


















Əmək qanunvericiliyinin təkmilləşdirilməsi tədbirləri çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Əmək Məcəlləsində dəyişikliklər edilməsinə dair yeni qanun layihəsi hazırlanıb.

RegionXəbərləri.com APA-ya istinadla xəbər verir ki, bu barədə Nazirlikdən bildirilib.

Qeyd edilib ki, layihədə bir çox təkliflər, eləcə də əmək məzuniyyətləri ilə bağlı bir sıra yeni təkliflər əksini tapır.

Bu təkliflərdən biri də Əmək Məcəlləsinin 125-ci maddəsinə dəyişiklik edilməsini, yəni, hamiləliyə və doğuşa görə arvadı məzuniyyətdə olan kişilərə doğuş gününə təsadüf edən ərəfədə səhiyyə müəssisəsinin arayışı əsasında 14 təqvim günü müddətində ödənişli məzuniyyət verilməsini nəzərdə tutur.

Məcəlləyə dəyişiklik edilməsi ilə bağlı yeni qanun layihəsi hazırda aidiyyəti qurumlarla razılaşdırma mərhələsindədir. Bu mərhələdən sonra layihə aidiyyəti üzrə təqdim ediləcək.




Paylaş:


Müəllif : Tarix:
27-01-2022, 12:44
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər