Özünü "Seyid" kimi təqdim edib bir neçə nəfərin pulunu alan keçmiş məhkuma hökm oxunub
Feysbuk sosial şəbəkəsində özünü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin əməkdaşı kimi təqdim edərək bir neçə nəfəri aldatmaqda ittiham olunan 1967-ci il təvəllüdlü Mirağa Miriyevə hökm oxunub və o, 4 il müddətinə azadlıqdan məhrum edilib.
"Report" xəbər verir ki, bu barədə hökm Yasamal Rayon Məhkəməsinin hakimi Murad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.
Qeyd edək ki, M.Miriyev iki nəfərdən sosial yardım düzəldəcəyi adı ilə 1600-1700 manat, sosial ev almaq üçün isə 6 nəfərdən 550-40250 məbləğində pul alıb. Amma heç birinin işini düzəltmək üçün rəsmi qurumlara müraciət etməyib. Aldığı pulları da şəxsi ehtiyaclarına xərcləyib. Lakin zərərçəkişləri inandırmaq üçün bütün rəsmi sənədləri alıb, onlara rəsmi şəxslərin adına müraciətlər yazdırıb.
Zərərçəkmişlərin ifadələrindən məlum olub ki, M. Miriyev bəzi şəxslərə özünü Seyid adı ilə təqdim edib.
İş üzrə ən çox zərər çəkən Ermənistanın Gəncəni bombalaması nəticəsində evi dağılan şəxsdir. Təqsirləndirilən şəxs ona 40 250 manat ziyan vurub. Həmin şəxs də Mirağanın sosial evlərin verilməsində vasitəçi olduğunu eşidəndə ona pul verib. Amma zərərçəkmiş bir yox, 5 ev almaq istəyib. Həmçinin həyat yoldaşının pensiya məsələsini də həll etmək üçün Mirağaya 10 min manat pul verib.
M.Miriyev eyni zamanda 1994-cü ildə qəsdən adam öldürməyə görə 14 il müddətinə azadlıqdan məhrum edilib. O, 2008-ci ildə azadlığa çıxdıqdan sonra növbəti dəfə dələduzluğa görə məhkumluq həyatı yaşayıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:27-01-2022, 15:13
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər