reklam
Regionxeberlericom.az » Cəmiyyət » "TƏRTƏR İŞİ"nə GÖRƏ İŞDƏN ÇIXARILAN ŞƏXSƏ AMEA-da VƏZİFƏ VERİLİB - Mehdiyevlə bağlı yeni ŞOK İDDİALAR

reklam

"TƏRTƏR İŞİ"nə GÖRƏ İŞDƏN ÇIXARILAN ŞƏXSƏ AMEA-da VƏZİFƏ VERİLİB - Mehdiyevlə bağlı yeni ŞOK İDDİALAR












Elton Məmmədov onu məhkəməyə verən şəxsin adını açıqlayıb.

 Bu barədə Lent.az-a danışan sabiq deputat bildirib ki, xüsusi ittiham qaydasında məhkəməyə verilməsi ilə bağlı bildirişi ötən gün alıb: “Məndə olan məlumata görə, məni məhkəməyə Akademiyanın hüquq şöbəsinin müdiri Kamal Əliyev verib. Bu adam şəxsi münasibətləri Akademiya səviyyəsinə gətirib çıxarıb. Kamal Əliyev Tərtər işlərinə görə məhkəmə sistemindən uzaqlaşdırılan bir adamdır. Ramiz Mehdiyev isə onu Akademiyanın hüquq şöbəsinə müdir təyin edib. Bütün bu intriqaları, söz-söhbətləri yaradan isə Ramiz Mehdiyevin kürəkəninin qardaşı, hazırda İşlər İdarəsinin müdiri vəzifəsini icra edən Fikrət Əliyevdir. Bunlar bir qrupdur”.

E.Məmmədov R. Mehdiyevlə münasibətlərinə də aydınlıq gətirib: “Ötən il aprelin 13-dən Akademiyadan məzuniyyətə çıxdıqdan sonra Ramiz Mehdiyevlə heç bir ünsiyyətim olmayıb. Eşitdiyimə görə tədbirlərdə məni tərifləyir, ünvanıma xoş sözlər deyir”.

Xatırladaq ki, Ramiz Mehdiyevin Elton Məmmədovu məhkəməyə verməsi ilə bağlı məlumatlar yayılıb.

"Demokratik.Az-ın məlumatına görə, Kamal Əliyevin 2021-ci ilin mayında Ramiz Mehdiyev tərəfindən AMEA-nın hüquq şöbəsinin müdiri təyin edilib. Onun eyni zamanda vəkillik fəaliyyətilə məşğul olduğu bildirilir.

"AMEA-nın hüquqşünasının kimliyində və karyerasında çox mühüm hallar diqqətdən yayınmır. Məlum olur ki, AMEA-nın hüquqi təmsilçisinin adı 2017-ci ilin mayında Tərtər rayonunda hərbçilərə qarşı törədilmiş ağır işgəncə və cinayət işində hallandırılır. Belə ki, Kamal Əliyev özü barədə olan açıq və bioqrafik məlumatlarda əsas bilgiləri gizlətsə də məlum olur ki, o, hələ 2000-ci ildən Hərbi Məhkəmələrdə hakim kimi fəaliyyət göstərib. Eləcə də, 2017-ci ildə Tərtər Hərbi Məhkəməsinin hakimi kimi bir neçə əsgər və zabitlərə ağır ittihamedici maddələr üzrə ədalətsiz hökmlər oxuyub. Məhz həmin ildən hakimlik fəaliyyətinə xitam verilib və heç bir imtahansız (qanunvericilik imkan verdiyi üçün - red) vəkillik fəaliyyətinə başlayıb" - deyə, məlumatda vurğulanır.

Həmçinin qeyd olunur ki, böyük ehtimal, məhkəmə strukturundan qovulmuş və "Tərtər işi"ndə adıkeçən birinin AMEA-ya hüquq şöbəsinin başına yerləşdirilməsi də heç təsadüfi baş verməyib: "Bildiyiniz kimi, "Tərtər işi" üzrə dəfələrlə zərərçəkmişlərin dilindən səsləndirilib ki, baş verənlərdə Rusiya kəşfiyyat orqanının əli olma ehtimalı yüksəkdir və işgəncənin təşkilatçıları kimi irəli sürülən əsas adlara və kimliklərə baxdıqda onların dövlətimizə sızdırılmış rus emissarları olma ehtimalları güclənir.

Bilirik ki, "Tərtər işi"nin təşkilatçılarından biri kimi, Ramiz Mehdiyevin də adı hallanır. Onun hələ PA rəhbəri olduğu dönəmdə Azərbaycanda Rusiyameyilli ən iri persona olması, vəzifəsindən irəli gələn öhdəlikləri yerinə yetirmədiyi iddia edilir. Axı, o illərdə - Tərtərdə günahsız hərbçilərimizə divan tutulanda Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri idi. İndi isə ölkə elminə "ağalıq" ona tapşırılıb. Özünüz düşünün, 2017-ci ildə o xoşagəlməz cinayətdə uğursuz hakimlik edənlərdən biri sizcə niyə məhz gəlib Ramiz Mehdiyevə sığınsın ki? Niyə Ramiz Mehdiyev məhz adıkeçən hüquqşünası illər sonra AMEA-nın hüquq şöbəsinin başına keçirsin ki? Bunun məntiqli bir açıqlaması olarmı görəsən? Bəlkə, Mehdiyevin Kamal Əliyev yanında belə bir öhdəliyi və ya borcumu vardı? Maraqlıdır, deyilmi?"




Paylaş:


Müəllif : Tarix:
27-01-2022, 19:42
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər