"Mehdiyevin qohum-əqrəbaları AMEA-da bütün tenderləri saxtalaşdırıb..." - Coşqun Yəhyayev
Mehdiyevin yaxınları məndən AMEA-nın tenderlərinin keçirilməsi zamanı qanun pozuntuları etməyimi tələb edirdilər, razılaşmadım deyə işimdən uzaqlaşdırdılar. AMEA prezidentinin tapşırığı ilə qohumu Fikrət Əliyev başda olmaqla, elm ocağını qəsb edən konkret ailə-biznes maraqları elmin inkişafını unutdurub. Konkret bir şəbəkə demək olar ki, AMEA-nın vacib və pullu tender proseslərində satınalmalar idarəsinin apardığı proseslərə müdaxilələr edərək illərdir ki, dövlətin ayırdığı pulları təyinatdan kənar yollarla mənimsəyib göyə sovura biliblər. Bütün tenderlər və nəticələri yoxlanılmalıdır, onda aydın olar ki, hansı talançılıqlar baş verib...!".
Bu fikirləri Demokratik.Az-ın suallarına açıqlamasında AMEA-nın Rəyasət Heyəti İşlər İdarəsinin sabiq əməkdaşı Coşqun Yəhyayev səsləndirib. Ramiz Mehdiyevin və yaxınlarının özbaşınalığından danışan Yahyayev xatırladıb ki, 2019-cu ildən AMEA Rəyasət Heyəti İşlər İdarəsində işləyib. 2021-ci ilin may ayında İşlər İdarəsinin sabiq müdiri Elton Məmmədov məzuniyyətə getdikdən sonra, İşlər İdarəsinə müdir gələn Fikrət Əliyevin basqıları ilə rastlaşıb. Mehdiyevin kürəkəninin qardaşı olan F.Əliyev baş mütəxəssisdən tenderlərdə maxinasiyalar etməyi tələb edib, nəticədə Yəhyayev qeyri-qanuni işlərə razılaşmadığından qəsdlə işindən uzaqlaşdırılaraq bugünədək də işsiz qalıb.
"Bundan sonra Fikrət Əliyevlə aramızda narazılıq yarandı. Adama tender komissiyasına qarşı şəffaf yanaşmağın vacib olduğunu başa sala bimədim, nəticədə bezib məzuniyyət hüququmdan istifadə edərək ərizə yazıb protokolluqdan qeydiyyatdan keçirdim. Fikrət Əliyevlə mübahisələrdən bir müddətlik uzalaşmaq istədim, lakin, Mehdiyevə güvənən Əliyev həmin ərizəni qeyri qanuni olaraq özündə saxlayıb israrla mənim işdən çıxarılma məsələmi qaldırdı. Aparat rəhbəri Seyfəl Həsənov və prezident katibliyinin rəisi Eldar Əmirov da ona qoşulub qərəzli şəkildə mənim AMEA-dan çıxarılmağıma şərait yaratdılar. Bəlkə də orta məktəbi belə Ramiz Mehdiyevin tapşırığı ilə qurtarmış bu adamlar mənim kirayədə qala-qala savadımla, əziyyətimlə təhsil aldığımı, magistraturanı fərqlənmə diplomu ilə bitirməyimi nəzərə almadılar.
Coşqun Yəhyayev Fikrət Əliyevin diş texniki olmasına da diqqət çəkib. Onun AMEA-ya məqsədyönlü olaraq gətirildiyini deyib. Hətta, bu yaxınlarda onun AMEA-da işçilərin müayinəsi üçün klinika açılması ideyasını irəli sürdüyünü eşidərək şoka düşüb. Demək ki, öz məqsədlərinə çatırlar, demək bunlar AMEA-ya bunun üçün gətiriliblər. AMEA-da diş sahəsində xeyli irəliləyişin olacağını düşünməkdə fayda var.
Daha sonra, Seyfəl Həsənov və Eldar Əmirov tərəfindən AMEA-ya çağırılan əməkdaşa təriflədikdən sonra təklif ediblər ki, ərizə yazsın və inistutların birinə göndərilsin. Çarəsiz qalan Yəhyayev bu təkliflə də razılaşıb, ərizə yazaraq onlara verib. Lakin, sonuncu ərizəsi də yoxa çıxarılıb.
Əmək münasibətlərinin pozulduğunu bildirən Yəhyayev xeyli müddətdir ki, AMEA-ya işə bərpa olunmaq barədə idda qaldırıb. Hələ ki, müsbət nəticəyə varılmayıb.
Şikayətçinin dediklərində maraqlı həm də odur ki, AMEA ona qarşı da vəkil qismində AMEA-nın hüquqşünası Kamal Əliyevdən istifadə edir. Kamal Əliyev isə həmin şəxsdir ki, "Tərtər işi"ndə adı hallanıb.
Coşqun Yəhyayev deyir ki, Kamal Əliyev AMEA-ya ondan sonra işə gəlib. Lakin, onu görmədiyi halda, bir neçə əməkdaş barədə əvvəlki tarixlərə aktlar imzalatdırıb, məhkəmələrə verir. Yəhyayev əməkdaşları üz-üzə qoyan Kamal Əliyevi öz vicdanına tapşırıb.
AMEA-nın sabiq əməkdaşının dediklərindən bəlli olur ki, iddiasına Səbail məhkəməsi düzgün baxmayıb, iş apelyasiya qərarı ilə bir neçə ay əvvəl yenidən baxılması üçün Səbailə gondərilib. Lakin, həmin qərardan Yəhyayev Ali məhkəməyə də şikayət verib.
İnanmaq istərdik ki, AMEA -da elm adamlarının qovulması və AMEA-nın maddi imkanlarına təcavüz faktları tezliklə Ramiz Mehdiyevin özünün sonunu gətirəcək..
Paylaş:
Müəllif : Fuad
Tarix:29-01-2022, 12:11
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər