reklam
Regionxeberlericom.az » Cəmiyyət » Misirdə 10 islamçıya ölüm hökmü verildi

reklam

Misirdə 10 islamçıya ölüm hökmü verildi


















Qahirənin Cinayət Məhkəməsi ölkədə terrorçu kimi tanınan islamçı birlik olan Müsəlman Qardaşların 10 tərəfdarını təxribat fəaliyyətinə görə edam cəzasına məhkum edib.

Bu barədə “Al Youm As Sabi” xəbər portalı məlumat yayıb.

Məhkəmə qərarında xüsusilə qeyd edilib ki, müttəhimlər 2013-cü ilin avqustundan 2015-ci ilin fevralına qədər dövlət sistemini sarsıtmaq üçün Qahirə və Giza əyalətlərində fəaliyyət göstərən yeraltı şəbəkəyə rəhbərlik ediblər, təhlükəsizlik qüvvələrinə qarşı silahlı hücumlar həyata keçiriblər və dövlət əmlakına, əsasən, elektrik şəbəkələrinə ziyan vurublar.

Hökmlər ilkin xarakter daşıyır və ölkədə qüvvədə olan qanunvericiliyə uyğun olaraq respublikanın Ali Müftiliyinə göndəriləcək və o, onları ya təsdiq edə, ya da rədd edə bilər. Lakin onun qərarı məsləhət xarakteri daşıyır. Yekun hökmlər məhkəmənin iyunun 19-da keçiriləcək iclasında elan edəcək.

“Helvan Briqadaları” adlanan məhkəmə işində ümumilikdə 215 nəfər ittiham olunur.




Paylaş:


Müəllif : Tarix:
30-01-2022, 19:20
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər