Nazirlikdə qapanma müzakirəsi: Məktəblər bağlanacaq? - AKTUAL
Azərbaycanda koronavirusa yoluxanların sayı yenidən artıb.
Nazirlər Kabineti Operativ Qərargahın yanvarın 30-da açıqladığı məlumata görə, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 943 yeni yoluxma faktı qeydə alınıb, 1 587 nəfər müalicə olunaraq sağalıb.
Analiz nümunələri müsbət çıxan 20 nəfər vəfat edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 204, bu günə qədər isə ümumilikdə 6 149 156 test icra olunub.
Daxil olan məlumata görə, yoluxma sayının artması ilə əlaqədar lokal qapanmalarla bağlı müzakirələr gedir. Bu sırada ilk yerdə təhsil müəssisələri durur. Məlumata görə, artıq Təhsil Nazirliyi təhsil müəsssiələrinin müəyyən müddət bağlaması, onlayn təhsilə keçidlə bağlı təklifi hazırlayıb və yekun qərar üçün hökumətə təqdim edib.
İctimaiyyəti dövlət qurumlarının yekun qərarı maraqlandırır. DİA.AZ-ın məlumatına görə, Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov Cebhe.info-ya bildirib ki, qapanmaların olub-olmayacağı barədə heç bir məlumatı yoxdur.
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov da saytımıza bildirib ki, hazırda belə bir qərar yoxdur:
“Əgər belə bir qərar olarsa, bunu Operativ Qərargah, Təhsil Nazirliyi elan edəcək. Hazırda belə bir məlumat yoxdur. Məktəblərimiz fəaliyyətinə ənənəvi şəkildə davam edir”.
Paylaş:
Müəllif : Fuad
Tarix:31-01-2022, 14:30
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər