reklam
Regionxeberlericom.az » Cəmiyyət » Qardaşını öldürsə də bəraət almışdı - Hökmdən 3 gün sonra öldü

reklam

Qardaşını öldürsə də bəraət almışdı - Hökmdən 3 gün sonra öldü

















Qardaşını öldürməkdə təqsirləndirilən və ötən ay bəraət alaraq azadlığa buraxılan Elçin Camalov vəfat edib.

RegionXəbərləri.com "kriminalqafqaz"a istinadən xəbər verir ki, o azadlığa buraxıldıqdan 3 gün sonra səhhətində yaranan problemlər səbəbindən ölüb.

Qeyd edək ki, məhkəmənin qənaətinə əsasən, qardaşı Etibar Camalov onu bıçaqladıqdan sonra Elçin özünü qorumaq məqsədilə onu bıçaqla vurub.

Məhkəmə onun əməlində cinayət tərkibi olmadığını və zəruri müdafiə həddini aşmadığını qeyd etmişdi. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib məhkəmə zalından azadlığa buraxılıb.

Xatırladaq ki, qardaşlar arasında ölümlə nəticələnən mübahisə işıq pulunu ödəmək üstündə yaranıb.

Məhkəmənin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmaması və cinayət qanununun normasının düzgün tətbiq edilməməsi əsası ilə Baş Prokurorluq həmin hökmdən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti vermişdi.




Paylaş:


Müəllif : Tarix:
31-01-2022, 16:45
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər