Gürcüstanda “COVID-19” pasportları ləğv olundu
Gürcüstanda yeni növ koronavirusla mübarizədə tətbiq edilən “yaşıl pasport” sistemi ləğv edilib.
Medicina.az xəbər verir ki, müvafiq qərar Gürcüstan Baş naziri İrakli Qaribaşvilinin rəhbərliyi ilə keçirilən Qurumlararası Kordinasiya Şurasının iclasında qəbul edilib.
Bildirilib ki, infeksiyanın Omicron ştamı ilə yoluxma hallarının sayının artmasına baxmayaraq vəziyyəti nəzarətdə saxlamaq mümkündür və xəstəxana sektoru üzərində təzyiq nəzərəçarpan dərəcədə artmayıb.
Bildirilib ki, yoluxan xəstələr əsasən ailə həkimləri tərəfindən evdə müalicə alırlar.
Bununla belə “yaşlı pasport” sistemindən xaricə səyahət edən vətəndaşların istifadəsi mümkün olacaq.
Qeyd edək ki, Gürcüstanda yeni növ koronavirus infeksiyasına təsdiqlənmiş yoluxma hallarının sayı son sutkada 24 mini ötüb. Qurumlararası Kordinasiya Şurasının iclasına onlayn sədrlik edən Baş nazir İrakli Qaribaşvilinin də ötən gün Omicron ştamına yoluxması təsdiqlənib.
Gürcüstanda “yaşıl pasport” sisteminin tətbiqinə ötən il dekabrın 1-də başlanılmışdı.
Paylaş:
Müəllif : Fuad
Tarix:1-02-2022, 14:11
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər