reklam
Regionxeberlericom.az » Cəmiyyət » Beyinin qocalmasını tezləşdirən ərzaqlar - SİYAHI

reklam

Beyinin qocalmasını tezləşdirən ərzaqlar - SİYAHI













Dietoloq Serena Pun xəbərdarlıq edir ki, bir sıra ərzaqlar beyinin qocalmasını sürətləndirir.

Bu barədə «Eat This, Not That!» portalı xəbər verib.

Ekspertin sözlərinə görə, beyin üçün 3 ən zərərli ərzaq var ki, onlar orqanizmdə soyuqlama əmələ gətirir. «Bu prosesin əsas günahkarlarından bəziləri, əlavə edilmiş şəkər kimi (emal vaxtı ərzaqlara əlavə olunmuş şəkər və siroplar - Red.), emal edilmiş ət və rafinə olunmuş karbohidrat standart rasionda geniş yayılıb» - «Lenta.ru» dietoloqdan sitat gətirir.

O, izah edir ki, daha çox şəkərdən istifadə yaddaşı öldürür və kəmağıllılığı artırır. Ekspertin sözlərinə görə, şəkərə hazırda demək olar hər yerdə, içki və desertlərdən tutmuş salat əlavələrinə qədər - faydalı adı altında «gizlənmiş» halda rast gəlinir.

İmtina olunası ikinci komponent olaraq dietoloq rafinə olunmuş karbohidratları hesab edir. Onlara ağ çörəkdə, quru səhər yeməklərində rast gəlinir. Belə karbohidratların qida dəyəri yoxdur. Onlar beyinin bir neçə sahəsində funksiyanı dəyişirlər.

Xatırladırıq ki, bundan əvvəl dietorloq Svetlana Zelentsova qocalmanı yavaşıdan populyar meyvənin adını çəkib. Onun sözlərinə görə, qreyfurt vitaminlərlə zəngindir, xüsusilə C vitamini və silisiumla, mikroelementlərlə. Onlar nəinki immuniteti möhkəmləndirir, həm də kollagen sintezini yaxşılaşdırır.




Paylaş:


Müəllif : Tarix:
3-02-2022, 08:16
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər