CƏZALAR ARTIRILDI, PARKLANMA PROBLEMİ HƏLL EDİLDİMİ? - “Cəmiyyət artıq təngə gəlib”
“Bakıda parklanma problemini həll etmək üçün paytaxtı söküb yenidən tikmək lazımdır”
Son vaxtlar sosial şəbəkələrdə və mətbuatda paylaşılan görüntülərdə vətəndaşların parklanmayla bağlı ciddi problemlər yaşadıqlarının şahidi oluruq. Xüsusən də “parkovşik”lərin qanunsuz əməlləri narazılıqlara səbəb olur. Məlum olduğu kimi, bir müddət əvvəl Bakı Şəhər Dövlət Yol Polisi əməkdaşları parklanma üçün insanlardan pul tələb edən şəxslərə qarşı reydlər keçirib və qısa müddət ərzində yüzlərlə adamı cərimələyib.
Bu problem Milli Məclisin yaz sessiyasının ilk iclasında da əsas müzakirə mövzularından biri olub. Fevralın 1-də keçirilən iclasda parklanmayla bağlı cəzaların sərtləşdirlməsi üçün qanuna müvafiq dəyişikliklər edilib. Yeni qanun layihəsinə əsasən, dövlət və bələdiyyə yollarında qanunsuz olaraq ödənişli parklanma yerinin təşkil edilməsinə görə fiziki şəxslər 200 manat, vəzifəli şəxslər 500 manat, hüquqi şəxslər isə 2 min manat məbləğində cərimə olunacaqlar. Eyni zamanda parklanma ərazilərində avtomobil saxlama müddəti 24 saatdan 48 saata qədər artırılıb. Yeni dəyişikliyə əsasən, avtomobilini 48 saatdan artıq park meydançasında saxlayan sürücələr inzibati qaydada cəzalandırılacaqlar. Eyni zamanda qeyd olunur ki, parklanma ilə bağlı cəzaları Bakı Nəqliyyat Agentliyi və Daxili İşlər Nazirliyi tətbiq edəcək.
Paytaxtda parklanma problemi illərdir ki, həllini tapmayan məsələlərdən biridir. Bu problemi fürsətə çevirən bəzi işbazlar isə yol kənarlarında, iri ticarət mərkəzlərinin, market və s. qarşısında parklanma yerləri yaradaraq insanlardan qanunsuz şəkildə pul yığmaqla məşğuldurlar. Hətta bu işlə məşğul olan xüsusi şirkətlər belə yaradılıb. Həmin şirkətlər 400-450 manat qarşılığında işə götürdükləri insanları müxtəlif ərazilərdə “parkovşik” kimi işlədirlər. Ancaq bunlar aysberqin sadəcə görünən tərəfidir. Görünməyən tərəfdə isə müxtəlif oliqarxlar, biznesmenlər və məmurlar var. Hansı ki, qanunsuz parklanmadan hər gün toplanan pullar bu adamların cibinə gedir.
Ekspertlər bildirirlər ki, qanunsuz parklanma yerlərində hər ay 300 min manatdan artıq vəsait toplanılır. Aidiyyatı qurumlara gəlincə, onlar illərdir ki, bu qanunsuz əməllərə göz yumaraq, belə şəxslərin varlanmasına şərait yaradıblar. Parklanmayla bağlı bütün səlahiyyətər 2018-ci ildən Bakı Nəqliyyat Agentliyinə verilib. Amma BNA da digər qurumlar kimi problemin həllində maraqlı görünmür. Belə ki, qurum 4 il öncə səlahiyyət verilməsinə baxmyaraq, nə yeni parklanma yerlərinin yaradılmasını nə də vahid tarif problemini hədd edə bilməyib.
Bakı Nəqliyyat Agentliyindən “AzPolitika.info”-ya bildirilib ki, yerüstü müvəqqəti dayanacaq məntəqələrində vahid tarif müəyyən olunmadığı üçün hazırda parklanma ödənişszidir: “Hər hansı vəsaitin tələb edilməsi qanunauyğun deyil”.
Məlumat üçün qeyd edək ki, əksər ölkələrin hava limanlarındakı park meydançaları pulsuz olduğu halda, Azərbaycanda ödənişlidir. Hazırda vətəndaşlar hava limanlarının daxilindəki parklanma ərazisində maşın saxlamaq üçün hər saatına 1 manat, gündəlik isə 5 manat ödəniş edirlər. Məsələnin maraqlı tərəfi Tarif Şurasının parklanma qiymətləri ilə bağlı heç bir qərarı olmadığı halda bu məbləğin vətəndaşlardan tələb olunmasıdır.
BNA rəsmisi Vüsal Kərimli yerli mediaya açıqlamasında bildirib ki, tariflər müəyyən edilib və qısa zamanda onların tətbiqinə başlanılacaq: “Artıq əhalinin yerləşdiyi, işlədiyi və gecə qaldığı əsas işlək küçələrə uyğun şəkildə tariflər müəyyənləşdirilib. Həmin tariflər hökumətə təqdim olunub və hazırda araşdırma mərhələsindədir".
Nəqliyyat eksperti Elməddin Muradlı isə “AzPolitika.info”-ya şərhində bildirib ki, hazırda yeni parklanma yerlərinin yaradılmıası real görünmür: “Çünki bunun üçün paytaxtda imkan, şərait və yer yoxdur. Bəzi məmurlar, oliqarxlar paytaxtı zəbt edərək hər yerdə binalar tikiblər. Hətta artıq yer bitdiyindən, bu adamlar ağacları kəsərək, yaşıllıqları məhv edərək yerində hündürmərtəbəli binalar ucaldırlar. Vaxtilə bu sahədə özbaşınalıq olduğndan, Nəqliyyat Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti buna göz yumduğundan hər kəs istədiyini edib. Hazırda Bakı Nəqliyyat Agentliyi nəsə etməyə çalışır, amma indi də bunun üçün şərait mövcud deyil”.
Ekspert qeyd edib ki, parklanma problemini həll etmək üçün məsələyə kompleks yanaşmaq lazımdır: ”Etiraf etmək lazımdır ki, hazırda yeni parklanma yerlərinin yaradılması olduqca çətindir. Amma bəzi küçələrdə səkiyə paralel şəkildə yeni parklanma yerləri yaratmaq olar. Məsələn, muzey mərkəzi ilə üzbəüz dəniz vağzalına qədər bircərgəli formada parklanma yeri yaratmaq mümkündür. Müvafiq qanuna dəyişiklikdən sonra cəza tədbirləri bir qədər də artırılacaq. Düşünürəm ki, bu məsələdə ancaq cərimələrin tətbiq edilməsi düzgün yanaşma deyil. Digər tərəfdən parklanmayla bağlı hələ də tariflər müəyyən olunmayıb. Amma buna baxmayaraq bu yerlərdə maşın saxlayan insanlardan pul tələb edirlər. Əvvəlcə bunun səbəbini araşdırmaq lazımdır.
Ümumiyyətlə, Bakı şəhərində parklanma problemini həll etmək üçün paytaxtı söküb yenidən inşa etmək lazımdır. Bunu etmək isə mümkün deyil. Hesab edirəm ki, yol polisləri və BNA bu məsələdə vətəndaşlara çox təzyiq göstərməməlidirlər. Çünki cəmiyyət artıq belə konfliktlərdən həm yorulub həm də təngə gəlib”.
Paylaş:
Müəllif : Fuad
Tarix:3-02-2022, 11:27
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər