reklam
Regionxeberlericom.az » Cəmiyyət » Bu gün Mixeil Saakaşvili növbəti dəfə məhkəmə qarşısına çıxarılacaq

reklam

Bu gün Mixeil Saakaşvili növbəti dəfə məhkəmə qarşısına çıxarılacaq













Bu gün Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvilinin dövlət sərhədini qanunsuz keçməsi ilə bağlı cinayət işi üzrə növbəti məhkəmə prosesi keçiriləcək.

“Report”un yerli bürosu xəbər verir ki, iclas Tbilisi Şəhər Məhkəməsində saat 11:00-a təyin olunub.

M.Saakaşvilinin prosesdə iştirak edəcəyi gözlənilir. Sabiq dövlət başçısının tərəfdarları məhkəmə binası qarşısında aksiya elan edib.

İclasda ittiham tərəfinin dəlillərinə baxılacaq və bir neçə şahid təqdim olunacaq.

İş üzrə son məhkəmə prosesi bu ilin yanvarın 13-də baş tutub.

Qeyd edək ki, M.Saakaşvili ötən ilin sentyabrın 28-də Gürcüstana qeyri-qanuni yolla daxil olub və oktyabrın 1-də Tbilisidə yaxalanıb. Onun ölkəyə gizli yolla gəlməsi ilə bağlı saxlanılan daha 4 nəfər bu ilin yanvarın 20-də girov müqabilində azadlığa buraxılıb.

Keçmiş prezident hazırda Rustavi şəhərindəki 12 saylı həbsxanada saxlanılır.




Paylaş:


Müəllif : Tarix:
4-02-2022, 11:39
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər