reklam
Regionxeberlericom.az » Cəmiyyət » Mətbuat orqanından Feyziyevə cavab: "Deputat sifətini həmişəlik itirdi..."

reklam

Mətbuat orqanından Feyziyevə cavab: "Deputat sifətini həmişəlik itirdi..."















Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı, Mətbuat Şurasının üzvü Cavanşir Feyziyev məqalə yazaraq Azərbaycanın tanınmış jurnalistlərini ad çəkməklə təhqir edib. Onun təhqirlərinə cavablar özünü gecikdirməyib. Həmin yazıda təhqir olunan jurnalistlərdən biri Eynulla Fətullayevin də rəhbərlik etdiyi virtualaz.org saytında deputata sərt şəkildə reaksiya verilib.

RegionXəbərləri.com sözügedən yazını təqdim edir:

"Britaniya banklarında deputat və biznesmen Cavanşir Feyziyevin milyonlarının aşkar olunması barədə xəbər partlayan bomba effekti yaratdı. Həmin bombanın qəlpələri Feyziyevin təkcə sifətini doğramadı, həm də baş beynini zədələdi.  Deputat sifətini həmişəlik itirdi, bəs onun beynini və onunla bağlı olan düşüncə prosesini bərpa etmək mümkün olacaqmı? Azərbaycan jurnalistlərinin  permanent olaraq pulların yuyulmasında, saxta və keyfiyyətsiz dərman ticarətində, tütün məmulatlarının idxalının inhisarı sxemində iştirakda ittiham etdikləri deputatın vəziyyətinə qibtə etmək mümkün deyil.

Britaniya ədliyyəsi Cavanşir Feyziyevin banklardakı milyonlarla funt-sterlinqini təkcə aşkar etmədi, həm də onların Londona çirkli korrupsiya sxemi ilə daxil olduğunu sübuta yetirdi.  Təkrar edirik, söhbət hansısa jurnalistin və ya britaniyalı lordun ittihamından yox, şübhə üçün heç bir yer qoymayan məhkəmə qərarından gedir.  Üstəlik, Feyziyev sıradan deputat deyil, Böyük Britaniya və İsraillə parlamentlərarası dostluq qrupunun rəhbəridir.  Belə vəziyyətdə dünyanın başqa ölkələrində abırlı və özünə hörmət bəsləyən deputat nə edərdi? Əlbəttə, biz parlament üzvünün qərarından danışanda Kuba, Şimali Koreya və ya Nikaraquanı nəzərdə tutmuruq.  Halbuki o ölkələrdə də mandatı əlindən alıb, arxasından təpik vuraraq on il müddətinə həbsə göndərərdilər.  Feyziyev və onun kimi deputat-biznesmenlər ən yaxşı halda mandatını itirər və mülki edam ayininə məruz qalardı. Lap Çernışevski kimi.

Bəs Feyziyev nə edir? Deputatın yüyənsiz davranışını ağılla və məntiqlə izah etmək qeyri-mümkündür. Məhkəmə qaydası ilə fırıldaqçılıqda və korrupsiyada ifşa olunan deputat banderloq kimi Azərbaycanın vətəndaş cəmiyyətinin nümayəndələrinin üzərinə atılır. Feyziyev modern som adlanan, senzuradan keçməyən üz ifadəsinə malik müxbir tərəfindən idarə olunan (birbaşa mənada dağdan Bakıya enib) papuas saytda qəzəbli çıxış edərək nüfuzlu jurnalistləri, ictimai xadimləri, QHT rəhbərlərini təhqir edir.  Söhbət London məhkəməsinin hökmündən sonra Feyziyevi haqlı tənqidə tutan ictimai xadimlərdən gedir.

Deputat əvvəlcə quyruq büzərək hakimiyyət saytında sonradan silinən bəraət qeydi vasitəsilə ictimaiyyətin gözündə özünə haqq qazandırmağa cəhd göstərir.  Ancaq alınmır.  Ən yaxşı müdafiə - hücumdur.  Üstəlik Londonda banderloq Feyziyevin quyrğunu qoparıblar.  Çox ağrıdır və xilas etməyə heç nə yoxdur. Feyziyev  isə Rauf Arifoğlunu, Eynulla Fətullayevi, Xalid Kazımlını, Əvəz Zeynallını, Xədicə İsmayılovanı, Zaur Qəriboğlunu, Elnur Məhərrəmlini, Osman Gündüzü, Sevinc Telmanqızını və Azərbaycanın vətəndaş cəmiyyətinin bir çox hörmətli nümayəndəsini təhqir etməyə keçir. “Reketdirlər, cibgir oğrular, yalançılar, fırıldaqçılar, Qərb agenturası, satqınlar…” Və Londondakı səs-küylü prosesdən bəhs edən jurnalistləri və vətəndaş fəallarını həzm olunmayan bu cür epitetlərlə mükafatlandırır.  Həzmə yararsız epitetlər ictimai ishal doğurur.  Və hər tərəfi Feyziyevin qoxusu basır!"




Paylaş:


Müəllif : Tarix:
6-02-2022, 13:43
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər