reklam
Regionxeberlericom.az » Cəmiyyət » Əli Əliyevin şikayəti üzrə məhkəmənin vaxtı bilindi

reklam

Əli Əliyevin şikayəti üzrə məhkəmənin vaxtı bilindi















Xüsusi ittiham qaydasında həbs edilən Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı məlum olub.

Bu barədə partiya sədrinin vəkili Cavad Cavadov məlumat yayıb.

O bildirib ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Habil Məmmədovun sədrliyi ilə məhkəmənin ilkin baxış iclası fevralın 11-i, saat 14:30-a təyin edilib.

Qeyd edək ki, yanvarən 13-də Yasamal Rayon Məhkəməsinin qərarı ilə Ə.Əliyevə 5 ay həbs cəzası verilib.

Xatırladaq ki, DSX kapitanı Ramin Ədilovun xüsusi ittiham qaydasında Əli Əliyev barəsində şikayətinə hakim Rauf Daşdəmirovun sədrliyi ilə bir müddət sonra baxılacaq.

Məlumat üçün əlavə edək ki, 2021-ci il noyabrın 30-da qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus "Mi-17” tipli helikopterdə sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsinə uyğun olaraq xüsusi ittiham qaydasında şikayət veriblər.

Onu da qeyd edək ki, iddiaçıların şikayətlərində bildirilib ki, VİP sədri Əli Əliyev məlum helikopter qəzasından sağ çıxmağın mümkünsüzlüyünü deyib. Bu çıxışından sonra qəza nəticəsində sağ qalan hərbçilər Əli Əliyevi məhkəməyə verib. Onların şikayətləri ayrı icraatda araşdırılır.(Qaynarinfo)




Paylaş:


Müəllif : Tarix:
7-02-2022, 12:34
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər