Daxili İşlər Nazirliyi təkzib etdi-Qazax sakini Eldəniz Əzimovun şikayəti əsasszıdır.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov RegionXəbərləri.com-a bildirib ki, "Eldəniz Əzimovun Qazax rayon Polis Şöbəsinin əməkdaşları barədə səsləndirdiyi fikirlər həqiqətə uyğun deyil və böhtan xarakterlidir. Məlumat üçün qeyd edim ki, fevral ayının 1-də vətəndaş işlətdiyi hamamı karantin qaydalarının əlehinə olaraq müəyyən edilmiş vaxtda bağlamamış vı beləliklə Operativ Qərargah tərəfindən qəbul edilən karantin qaydalarını pozmuşdur. Ona görə də onun barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib olunub. Qeyd edim ki vətəndaş bundan əvvəl də dəfələrlə qaydaları pozduğu üçün məsuliyyətə cəlb olunub".
Qeyd edək ki, ötən gün RegionXəbərləri.com saytında Qazax rayon sakini Eldəniz Əzimovun müraciıti əsasında "Qazaxlı sahibkar üzləşdiyi qanunsuzluğa görə Vilayət Eyvazova müraciət etdi-ŞİKAYƏT" başlıqlı yazı dərc edilmişdir.Narazı vətəndaş Eldəniz Əzimov 01 fevral tarixində saat 00.05-də sahibkarlıqla məşğul olduğu obyekti bağlayıb evinə gedən zaman polis əməkdaşları tərəfindən təzyiqə məruz qalıb əsassız inzibati məsuliyyətə cəlb edilməsini qeyd etmişdir.
RegionXəbərləri.com
Paylaş:
Müəllif : Fuad
Tarix:7-02-2022, 19:37
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər