reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Müharibə zamanı düşmən tərəfindən raketlər hara gəldi atılıb və heç də hamısının düşdüyü yerlər tam bəlli deyil” - Diqqət, XƏBƏRDARLIQ!

reklam

“Müharibə zamanı düşmən tərəfindən raketlər hara gəldi atılıb və heç də hamısının düşdüyü yerlər tam bəlli deyil” - Diqqət, XƏBƏRDARLIQ!


Ötən həftə Yevlax rayonu ərazisində Ermənistanın 2-ci Qarabağ müharibəsi zamanı atdığı kasetli bombanın qalığı partladı və ərazidə heyvan otaran 25 yaşlı vətəndaşımız həyatını itirdi. Bu bədbəxt hadisə döyüşlər getmiş ərazilərdən uzaqda yerləşən rayonlarımızda belə partlaşmamış raket və sursatların qaldığını ortaya çıxardı. Bəs nədən indiyədək raket düşən ərazilər nəzarətə götürülməyib? Başqa yerlərdə də partlamamış mərmilərin qaldığı ərazilər ola bilərmi? Məsələn, Gəncədə, Bərdədə, Tərtərdə və s. Belə faciələrdən əhalini necə sığortalamalı?

Hərbi ekspert, polkovnik Şair Ramaldanov “Yeni Müsavat”a bildirdi ki, lazım olan tədbirlər müvafiq qurumlar tərəfindən həyata keçirilir. Məsələ burasındadır ki, təbii olaraq diqqət daha çox keçmiş təmas xətti ərazilərinə, işğaldan azad edilən ərazilərimiz, döyüşlər aparılan ərazilərə yönəldilib. Bir sözlə, keçmiş təmas xəttindən Ermənistanla sərhədə doğru bütün ərazilərdə minaların və partlamamış silah-sursatların təmizlənməsi, zərərsizləşdirilməsi prosesi aparılır. Təmizlənməmiş, təhlükəli sayılan ərazilərə xüsusi nişanlar qoyulur, eyni zamanda təmizlənmiş yerlər də işarələnir, ərazilərdə postlar qoyulub. Əraziyə qanunsuz, icazəsiz keçən insanlar saxlanılır: “Yevlaxda baş verən hadisəyə gəlincə, əvvəla, Yevlax döyüşlər gedən ərazi olmayıb, təmas xəttində yerləşməyib, işğal altında olmayıb, ikincisi, hadisənin baş verdiyi nötqə tamamilə çöllük, yaşayış yerindən uzaq bir yerdir. Müharibə zamanı düşmən tərəfindən atılan raketlər hara gəldi atılıb və heç də hamısının düşdüyü yerlər tam bəlli deyil. Ola bilsin ki, hansısa raketlər diqqətdən yayınıb, ona görə də son dərəcə diqqətli olmaq lazımdır. Digər tərəfdən, məsələn, Tərtərə daha çox raket atılırdı, ona görə o ərazi daha çox nəzarətə götürülüb. Yevlaxla bağlı bu vəziyyət olmadığından bu və bunun kimi rayonların ərazilərində xüsusi axtarış və nəzarət qurulmaması normal qəbul olunmalıdır

Amma onu da nəzərə almaq lazımdır, bu heç də o demək deyil ki, müvafiq qurumlar, ümumiyyətlə, heç bir tədbirlər görməyib. Müəyyən tədbirlər görülüb, təbliğat aparılıb. Məsələn, Fövqəladə Hallar Nazirliyi tərəfindən dəfələrlə telekanallarda əhaliyə xəbərdarlıqlar olub, müraciətlər olub ki, döyüş sursatına bənzər istənilən bir əşyaya ərazilərdə rast gələrlərsə, yaxınlaşmasınlar, toxunmasınlar, dərhal müvafiq orqanlara məlumat versinlər. Vətəndaşlarımız bu çağırışlara mütləq əməl etməlidirlər. Əməl etməyəndə, əksini edəndə bədbəxt hadisələrin baş verməsi ya qaçılmaz olur, ya da ehtimalı çoxalır".

Ekspert hesab edir ki, Yevlax ərazisində baş verən həmin bədbəxt hadisə hər kəs üçün bir nümunə olmalıdır, hər kəs diqqətli olmalı, çöllük ərazilərdə sursata bənzəyən şübhəli heç bir əşyaya toxunmaq olmaz. Bütün ölkənin ərazisini qısa müddətdə yoxlamağın və nəzarətdə saxlamağın mümkün olmadığını bilmək lazımdır. Bu saat əsas diqqət, enerji, resurslar işğaldan azad edilən ərazilərə, təmas xətti olmuş yerlərədir. Bunun da səbəbi aydındır.




Paylaş:


Müəllif : Tarix:
8-02-2022, 11:09
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər