reklam
Regionxeberlericom.az » Cəmiyyət » Ərdoğanı təhqir edən idmançı barəsində saxlanılma qərarı çıxarıldı

reklam

Ərdoğanı təhqir edən idmançı barəsində saxlanılma qərarı çıxarıldı
















İstanbul Respublika Prokurorluğu üzgüçü Derya Büyüküncü haqqında saxlanılma qərarı çıxarılıb.

RegionXəbərləri.com “Cümhuriyyet”ə istinadən xəbər verir ki, buna səbəb idmançının Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında paylaşımı olub.

Belə ki, Ərdoğan və həyat yoldaşının koronavirusa yoluxması Türkiyə sosial mediasında gündəmə çevrilib.

Derya Büyükuncu isə prezidentin koronavirusa yoluxmasına tvitterdə etdiyi paylaşımla təhqiramiz reaksiya verib.

İdmançıya Türkiyə Üzgüçülük Federasiyasından daimi haqq məhrumiyyəti cəzası verilib.

Qeyd edək ki, daimi haqq məhrumiyyəti hər hansı şəxsin rəsmi yarışlarda meydançalara girmək də daxil olmaqla idman və ya digər fəaliyyətlərlə bağlı hüququnun əlindən alınmasıdır.




Paylaş:


Müəllif : Tarix:
8-02-2022, 13:55
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər