Distant təhsilə keçmək həll deyil, şagirdlərin tətilə ehtiyacı var
"Təklif edirəm ki, Azərbaycan məktəbləri 14 fevraldan bir həftə müddətinə tətilə çıxsın”. Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov omikron virusunun yayılması üzündən orta məktəblərin bağlanması ilə bağlı gəzən şayiələrə aydınlıq gətirərkən deyib.
Onun sözlərinə görə, şagirdlər sentyabın 22-dən etibarən orta məktəblərə gedib və fasiləsiz olaraq dərslərdədirlər:
"Tədris prosesində onlara fasilə elan edilməyib. Hazırda müəllim və şagirdlərimiz ciddi şəkildə fiziki və psixoloji yorğundurlar. Onlar davamlı olaraq dərslərdə iştirak edir. Əgər distanta keçsək, yenə də şagird və müəllimlər işləyəcəklər. Bizim şagirdlərin tətilə ehtiyacı var”.
Kamran Əsədov bildirib ki, distant təhsilə keçmək məsələnin həlli deyil:
"Hazırda məktəblərin bağlanmasına, distant təhsilə keçməsinə ehtiyac yoxdur. Amma bundan daha vacib bir məsələ var. Biz problemi distant təhsilə keçməklə həll edə bilmərik. Ölkədə 4432 orta məktəbindən yalnız 10-nu distant təhsilə keçib. Eyni zamanda bizim 85 min sinifimizdən 300-ü distantdadır. Bu, məsələnin həlli deyil. Bu gün ciddi şəkildə ölkədə yoluxma sayı var. Bunun fonunda məktəblərin bu qədər az sayda distanta keçməsi real deyil. Bunu tamam fərqli bir formatda həll etməliyik. Bu da bir həftəlik tətil verməkdir”.
Kamran Əsədov hesab edir ki, Təhsil Nazirliyi yalnış olaraq məktəblərdə qış tətilini ləgv edib:
"Mütləq şəkildə itirilmiş enerjinin bərpası üçün məktəblərdə tətil edilməlidir”.
Paylaş:
Müəllif : Yazar
Tarix:8-02-2022, 16:00
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər