Pulu olan qocalmayacaq - Araşdırma - VİDEO
Ölümsüz olmaq haqqında həmişə nağıllarda oxumuşuq və bəlkə də məhz bu səbəbdən onun real olacağı fikri beynimizin qəbul etmədiyi fantastikadır. Yaxud bizə elə gəlir ki, alimlər nə vaxtsa elə bir eliksir hazırlayacaq ki, onu qəbul edib əbədi həyata qovuşacağıq.
Dünyanın ən varlı insanları da uzunömrlü, daha doğrusu, ölümsüz olmağa can atır. Bu məqsədə çatmaq üçün onların əlində milyardlar və lazımi dairələrdə hakimiyyət var.
Son dövrlərdə isə bu siyahıya elm adamları, onların əlində olan laboratoriyalar da daxil olub. Varlılar pullarını ölümsüz olmaq üçün alimlərə xərcləməyə hazırdırlar.
Hələ o qədər məşhur olmayan “Altos Labs” kompaniyası keçən il təsis edilib, amma dünyanın ən nüfuzlu alimlərini, o cümlədən Nobel mükafatçılarını bir araya toplaya bilib.
Nəhəng maliyyə dəstəyinin olması labüddür. Axı məsələnin içində Ceff Bezos, Bill Qeyts və Mark Zukerberq var. Onların hər birinin məqsədi eynidir – texnologiyanın inkişafı və bu yolla da əbədi həyatı əldə etmək.
Daha ətraflı Baku TV-nin araşdırmasında:
Paylaş:
Müəllif : Fuad
Tarix:8-02-2022, 22:02
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər