reklam
Regionxeberlericom.az » Cəmiyyət » Sabiq nazir müavini bu vəzifəsini də itirdi

reklam

Sabiq nazir müavini bu vəzifəsini də itirdi


















Fevralın 3-də Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilən Səhiyyə nazirinin müavini Elsəvər Ağayev Farmakoloji və Farmakopeya Ekspert Şurasının sədri vəzifəsini də itirib.

Bu barədə "qaynarinfo" məlumat yayıb. Bildirilib ki, bu vəzifə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Maliyyə Baş İdarəsinin sabiq rəis müavini, hazırda Səhiyyə nazirinin müavini olan Rasim İsmayılova tapşırılıb.

Mətbuat orqanının yaydığı digər məlumata görə, qarşıdakı aylarda Elsəvər Ağayevin rəhbərlik etdiyi Farmakoloji və Farmakopeya Ekspert Şurası başqa bir adla yenidən təşkil ediləcək.

Səhiyyə nazirin müavini İlqar Qasımov bu barədə hələlik heç nə deyə bilməyəcəyini bildirib: "Hazırda başqa işlərlə məşğulam. İki gündür gəlmişəm və gərək bu barədə kimdənsə soruşam”.




Paylaş:


Müəllif : Tarix:
9-02-2022, 10:01
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər